Müğənni Əlikram Bayramov “Onun sirri” verilişində qonaq olub.
Veteninfo.az – Axşam.az-a istinadən xəbər verir ki, sənətçi anasından danışarkən kövrəlib:
“Cavan bacım rəhmətə getdi. Anam ondan sonra dünyasını dəyişdi, dözmədi. Anam üçün canımı verərdim. O rəhmətə gedən gün qonşumuzda toy vardı. Həmin günü unuda bilmirəm. Əhd etmişdim. Anamı öz əllərimlə dəfn etdim. Daha sonra buna görə uzun müddət özümə nifrət etdim”.