image-36backend

Ekspert: “Yeni ştamın qarşısını almağın ən səmərəli yolu kütləvi peyvəndləmədir”

image-reklam_sirab_01

“Bu gün koronavirusun delta növünün yeni variantı olan AY.4.2 hamının diqqətini cəlb edir. İlk dəfə iyul ayında Böyük Britaniyada aşkarlanan bu ştamın payına həmin ölkədəki yoluxmaların 6 faizi düşür. AY.4.2 variantının peyda olması delta ştamın virusun inkişafında son nöqtə olmamasına, həm də pandemiya davam edərsə, daha təhlükəli yeni-yeni variantların da ortaya çıxa biləcəyinə dəlalətdir”.

Bu fikirləri “Report”un Rusiya bürosuna bu ölkənin Əməkdar həkimi, tibb işçilərinin məsafəli təlimi servisinin aparıcı elmiş işçisi Mixail Kaqan bildirib.

O deyib ki, AY.4.2 delta növündən bir sıra mutasiyaları ilə fərqlənir: “Spike zülalın Y145H və A222V mutasiyalarına daha çox diqqət yetirilir. Virus genomundakı bu dəyişikliklərin məğzi hələlik aydın deyil, amma bu cür hallarda virusun daha yoluxucu olub-olmaması, daha əvvəlki xəstəliyin və ya peyvəndin yaratdığı immun gücünü dəf edə biləcəyi məsələsi daha çox narahatlıq doğurur”.

Həkim xatırladıb ki, koronavirusun bütün növləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən iki yerə təsbif edilir: “Ən təhlükəli variantlar VOC, yəni narahatlıq doğuranlar (Variant of Concern) və təhlükəli ola biləcək VOI, yəni maraq doğuranlardır (Variant of İnterest). Hələlik AY.4.2 bu qrupların heç birinə aid edilməyərək alfa və delta variantları kimi sürətlə yayılmasa da, hər halda müşahidəsi zəruri olan variant hesab olunur”.

Ekspertin fikrinə görə, yeni ştamların yayılmasını əngəlləməyin ən səmərəli üsulu kütləvi peyvəndləmədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image