Əlcəzairin şərq əyalətlərini bürümüş güclü yanğınlar nəticəsində 20-dən çox adam həlak olub.
Bu barədə ölkənin daxili işlər naziri Kamal Beljud bildirib.
Onun sözlərinə görə, ölkənin şərqindəki bir neçə əyalətdə baş verən yanğınlar nəticəsində 26 nəfər ölüb:
“Yanğınların söndürülməsinə mülki müdafiə qüvvələrinin 700-dən çox əməkdaşı və helikopterlər cəlb olunub. Artıq 350-dən çox ailə təbii fəlakət bölgələrindən təxliyə edilib”.
Əlcəzairli nazir qeyd edib ki, hakimiyyət yanğınları söndürmək üçün bütün səyləri göstərir, lakin yüksək temperatur və güclü külək yanğının yayılmasına kömək edir.


























