image-eldarbackend

Eldar Əzizov: “Son 200 ildə ilk dəfə ermənilərlə münaqişə qələbə ilə başa çatıb”

image-reklam_sirab_01

Zəfər bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.

Bu barədə “Report”a qurumdan bildirilir.

Məlumata görə, BŞİH-in başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən 1 il ötür. Ötən ilin sentyabrın 27-da şanlı Azərbaycan ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə qələbə ilə başa çatıb.

Onun sözlərinə görə, Vətən müharibəsi günlərində ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərib. Onun rəhbərliyi ilə düşmən üzərində şanlı Qələbə qazanılıb və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edilib. Qazanılan şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasət sayəsində əldə olunub.

E.Əzizov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbəbə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir: “Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızin ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaq. Eyni zamanda qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da var. Dövlətimizin başçısı İlham Əliyev və Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələri və qazılərin yanındadır. Onların problemlərinin həlli istiqamətində böyük işlər görülür”.

Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənilib, onların sual və təklifləri, ilk növbədə şəhid adınını əbədiləşdirılməsi ilə bağlı müraciətlər nəzarətə alınıb.

Çıxış edən şəhid ailələrinin üzvləri ölkə başçısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki