image-modern-az-02-07-2021-1625214094backend

Əlillik təyinatı ilə bağlı daha bir yenilik

image-reklam_sirab_01

Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirmə nəticəsində əlillik yenidən müəyyən edildikdə, vətəndaş ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.

Veteninfo.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklikdə qeyd edilib.

Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.

Həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik, əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutulub.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə üçüncü oxunuşda qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki