image-rafael_kollaj-768x403-1backend

Elşən Cəbrayılovun qanunsuz əməlləri: “Hakim əsaslı səbəb göstərmədən vəsatəti qəbul etmədi” – Məhkəmə / VİDEO

image-reklam_sirab_01

Bu gün Binəqədi Rayon Məhkəməsində dələduzluqda suçlanaraq həbs edildikdən sonra 2021-ci ilin sentyabrında koronavirusdan dünyasını dəyişən Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun həyat yoldaşı və hüquqi varisi Aidə Cəbrayılova və zərərçəkmiş bir neçə şəxsin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin ittiham aktında sübutların qiymətləndirilməsi aktının Elşən Cəbrayılova aid olan hissəsinin ləğv olunması tələbinə dair məhkəmə prosesi baş tutub.

Yenicag.az xəbər verir ki, zərərçəkənlərdən biri məhkəmə prosesində çıxışı zamanı Elşən Cəbrayılovun qanunsuz əməllərindən danışıb.

O bildirib ki, Elşən Cəbrayılov bir sıra şəxslərə qardaşının göstərişi ilə daşınmaz əmlak alqı-satqısı barədə özünün imzası və möhürü ilə təsdiqlədiyi müqavilələr, həmin əmlakların dəyərinin ödənilməsi barədə imzalayıb möhürü ilə təsdiq etdiyi maliyyə arayışları verir və sonradan həmin müqavilə və arayışların əslini geri almadan həmin əmlakları təkrar başqasına satır və bu zaman qardaşı Rafael Cəbrayılovun cinayət törətməsindən xəbəri olmur. Müstəntiq Ceyhun Rzayevin bu quraması ən azından vəzifə saxtakarlığı, sübutları saxtalaşdırmasının bariz nümunəsidir.

Məhkəmə prosesi bitəndən sonra Yenicag.az-a açıqlama verən vəkil Kamandar Nəsibov bildirib ki, şikayət təmin olunmayıb və bu, məhkəmə prosesinin ilk dəqiqəsindən məlum idi:

“Tərəfimdən iş materiallarının tələb olunması ilə bağlı vəsatət verildi. Lakin hakim bu vəsatətimi qəbul etmədi və əsaslı səbəb göstərmədi. İş materialları olmadan ədalətli qərar vermək mümkün deyil”.

Qeyd edək ki, bir neçə gün öncə mərhum Rafael Cəbrayılovun həyat yoldaşı Aidə Cəbrayılova bildirib ki, mərhum həyat yoldaşı müxtəlif dələduzluq əməllərində və çox sayda insana külli miqdarda zərər vurmaqda ittiham edilərək həbsə atılsa da, əslində, onun həbsinə səbəb olan əməlləri qardaşı Elşən Cəbrayılov törədib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin (KQMBİ) İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Ceyhun Rzayevin Elşən Cəbrayılova himayədarlıq etdiyini bildirən Aidə Cəbrayılova vurğulayıb ki, bütün sənədlərdə Elşən Cəbrayılovun imza və möhürü olmasına baxmayaraq, nədənsə, bütün oxlar Rafael Cəbrayılova yönəldilib.

Bu, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımovun, o cümlədən, onun sələfi Sədrəddin Hacıyevin oğullarının müvafiq olaraq Baş KQMBİ-də işləmələri sayəsində Baş Prokurorluqla Binəqədi Rayon Məhkəməsi arasında Elşən Cəbrayılovu hüquqi məsuliyyətdən yayındırmaqla bağlı “centlmen sazişi”nin bağlanması qənaətini formalaşdırır.

Vəkil Kamandar Nəsibovun sözügedən açıqlamasını geniş şəkildə təqdim edirik:

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki