image-reklam-veteninfo
image-photo-2022-04-24-23-16-40-1backend

Əməkdaşlığın səmərəliliyini artıran amil.

image-reklam-veteninfo

Mədəniyyət geniş anlayışdır. O, bəşər övladının yarandığı vaxtdan bəri yaratdığı və getdikcə təkmilləşdirdiyi maddi, mənəvi, ruhani, ideoloji, bədii-estetik və digər sərvətləri özündə ehtila edir. Hər bir kəsin mənəvi ehtiyacları onu yetişdirən milli-mədəni mühütin xüsusiyyətləri ilə müəyyənləşir. Ona görə də yetişməkdə olan gənc nəslə xalqımızın sosial-mənəvi mənşəyini, mədəniyyətini, mədəniyyət tarixini öyrətmədən onların mədəni təlabat meyllərini, estetik zövq oriyentasiyasını müəyyənləşdirmək mümkün deyildir.

Azərbaycan qazandığı müstəqilliyə tamamilə yiyələnmək üçün xalqımız öz mənəvi və maddi mədəniyyətini dünya mədəniyyətinin təcrübəsi və nailləyyətlərindən faydalanmaqla, öz köklərindən ayrılmamaq şərtilə daha da inkişaf etdirməkdədir.

Qədim türk dünyasının əsas ortaq sərvətlərindən biri ənənəvi tarixi İpək Yoludur. Türkdilli xalqlar əfsanəvi və bəşəri dəyəri olan İpək Yolunun formalaşmasında və fəaliyyət göstərməsində əhəmiyyətli rol oynayıblar. Bildiyimiz kimi 2018 ildə Qırğızıstan Respublikasının mirvarisi — İssıq gölü sahilindəki mədəniyyət mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI sammitində qədim İpək Yolunun tarixi davamlığını gücləndirmək məqsədilə qəbul olunmuş beynəlxalq tədbirlər lahiyəsi bir daha türk birliyini təcəssüm etdirmişdir. Üzərindən keçən tarixi ticarət karvanları vasitəsilə İpək Yolu bu xalqların iqtisadi, ticari və mədəni cəhətdən yaxınlaşmasına, mədəni birliyin yaranmasına və incəsənət nümunələrinin bir-birinə tanıdılmasına və milli dəyərlərin ötürülməsinə, türk dünyasının mədəni irsinin zənginləşməsinə dərin təsir göstərmişdir. Bizim etnomədəni dəyərlərimizin, dilimizin geniş coğrafi məkanda yayılması və inkişafında İpək Yolunun müstəsna yeri və rolu indi də var. Bu baxımdan, İpək Yolu bütün türk dünyasının ortaq tarixi-mədəni dəyəri və mirasımızdır. Bu mirasın coğrafiyasının öyrənilməsi, yeni nəsillərə çatdırılması müştərək işimiz və vəzifəmizdir.

Müsəlman intibahı bəşəriyyətə qüdrətli elm, sənət, fikir bahadırları bəxş etmişdir. Bu mənada türk dünyası coğrafiya baxımından ümumdünya coğrafiyasının tərkib hissəsi olduğu kimi, üfüqlərdən-üfüqlərə qədərki geniş ərazilərdəki qohum xalqların mədəniyyətləri də böyük bir toplumun zəngin mənəvi mirası olmaqdan başqa, həm də bəşər sivilizasiyasının ayrılmaz bir parçasıdır. Bu, bənzərsiz müxtəlifliyə malik landşaftlarda məskunlaşmış qohum xalqları tarixi tale, ortaq köklər və milli-mənəvi dəyərlər birləşdirir. Həmin böyük coğrafiyada baş verən yeni tarixi etnik proseslər və diferensial inteqrasiya türk dünyasında və ümumən dünyada yenidən məkan zənginləşməni şərtləndirir, daha böyük inkişafa təkan verir.

Cəmiyyətdə ortaq dəyərlərin və baxışların tarazlı bir səviyyədə yaşadılması, mənəvi qabarma və çöküşmələr arasındakı mövcud geosiyasi ziddiyyətlərin, çatların aradan qaldırılmasına əlverişli şərait yaradır. Həm də ortaq mədəniyyət amili müxtəlif sivilizasiyalar arasındakı tarixi-coğrafi əlaqələrin, yaxınlaşmaların, bəzən isə hətta milli-siyasi harmoniyanın təmin edilməsində mühüm rol oynayır. Buna görə də tarixən qədim türk dünyasında ortaq mədəniyyət faktoru milli-mənəvi dəyərlərlə bəşəri dəyərlər arasında böyük körpü funksiyasını yerinə yetirir. Özlüyündə mədəniyyət coğrafiyası isə geniş anlayış olub dil, ədəbiyyat, teatr, musiqi, təsviri sənət, mətbuat, adət-ənənə, milli mətbəx və sair kimi mənəvi sərvətləri əhatə edir. Mədəniyyətlə qoşa addımlayan ortaq ədəbi irs milli ruhu və mənəviyyatı uzunmüddətli qoruyub saxlayır və coğrafi təkamül salnaməsi kimi gələcək nəsillərə ötürür.

Xüsusi qeyd etmək lazımdır ki Qarabağ muharibəsi zamanı Qırğızıstan xalqı Azərbaycana dəstək olmuş və daim torbağ bütünlüyümüzü dəstəkləmişdir. Muharibə zamanı Azərbaycan ordusuna humanitar yardım da etmişdir. Bununla yanaşı Azərbaycanın qədim Şuşa şəhərinin düşmən əsarətindən azad olunduqdan sonra gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan xalqı dəstəkləmişdir.

Lakin unutmamaq lazımdır ki paytaxt Bişkekdə Azərbaycan-Qırğızıstan dostluq parkı salınmış və Qırğızıstan Respublikasının Prezidenti Sooranbay Jeenbekov Bişkek şəhərində məktəb kompleksinin tikilməsinə, eyni zamanda, paytaxtın ən gökəmli rayonlarından birində möhtəşəm parkın salınmasına göstərdiyi təşəbbüsə və verdiyi böyük dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir.

 

 

Özləm Əliyeva
Bakı Musiqi Akademiyası




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki