image-004backend

Əməkdaşlıq və inkişaf əsas prioritetimizdir

image-reklam_sirab_01

İşğal altında olan ərazilərimizin azad edilməsi, düşmənin 30 ilə yaxın müddət ərzində davam edən özbaşınalıqları, habelə işğalla yanaşı, müxtəlif vaxtlarda həyata keçirdiyi təxribatlar barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə düzgün, təhrif edilmədən çatdırılması Azərbaycan dövləti və onun rəhbərliyinin daxili və xarici siyasətində hər zaman əsas yer tutan məsələlərdən biri olub.

Prezident İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışında Vətən müharibəsində Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi hücumlarına diqqət çəkərək, bununla düşmən dövlətin beynəlxalq humanitar hüququn tələbləri pozduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Ermənistan tərəfinin müharibə dövründə mülki əhalimizin yaşadığı və cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrimizi ağır silahlardan atəşə tutması, Gəncə şəhərinə ballistik raketlərin atılması Ermənistanın əsl simasını dünyaya bir daha nümayiş etdirdi. Ballistik silahlardan mülki əhaliyə qarşı qəddarcasına istifadə edilməsi Ermənistanın təcavüzkar xislətinin bariz nümunəsidir. Bu raketlərin əsas hədəfi mülki əhalinin yaşadığı evlər idi, atışların gecə vaxtı həyata keçirilməsinin məqsədi isə mülki əhalinin evdə olarkən qətlə yetirilməsi idi. Lakin, buna baxmayaraq, şanlı Azərbaycan Ordusu tərəfindən Hadrutda ermənilər tərəfindən yaşlı olduqları üçün özləri ilə aparmadıqları qocalara normal rəftar edildi, onlar xəstəxanalarda müayinə və müalicə olundu. Sonra Azərbaycan dövləti Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinə müraciət edərək onların öz ölkələrinə qaytarılmasını təmin edib. Ermənistan silahlı qüvvələri hətta yas mərasiminə belə hücum etməkdən çəkinməyib. Onların istifadə etdiyi “İsgəndər-M” raketi ilə bağlı məsələ isə hazırda da gündəmdədir.

İşğalçı Ermənistan müharibədə məğlubiyyətə uğrayıb, çoxlu itkilər verib və bu gün də bu ölkədə qeyri-sabit, acınacaqlı vəziyyət hökm sürür. Ermənistan tərəfi artıq anlamalıdır ki, Azərbaycanın dəmir yumruğu hər zaman yerindədir və onların qisasçılıq niyyəti özlərinin süqutu ilə nəticələnəcək. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra bizim əsas amalımız sülhün dəstəklənməsi məqsədilə konstruktiv mövqeyin nümayiş etdirilməsidir. Azərbaycanlılar və ermənilər arasında münasibətlərin qurulması qarşılıqlı istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Eyni zamanda, müharibədən sonra biz əməkdaşlığın və sülhün tərəfində olmağımızı bir daha diqqətə çatdıraraq, yalnız Ermənistanla deyil, digər ölkələrlə münasibətlərin müsbət dinamikada inkişafının zəruriliyini bildirmişik. Ermənistan tərəfi də bu əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirməli və buna səy göstərməlidir. Lakin Ermənistan müharibədə uğradığı məğlubiyyəti həzm edə bilməyərək öz aqressiv hərəkətlərini davam etdirir.

Ermənistanın inkişaf və əməkdaşlığa nail olmaq üçün yeganə yolu, həm Azərbaycana, həm də qardaş Türkiyəyə qarşı iddialardan birdəfəlik əl çəkmək, bu iki dövlətin liderliyi ilə regionda həyata keçirilən nəqliyyat, enerji və digər layihələrdə iştirak etməkdən ibarətdir.

Azərbaycan həmişə regionda sülhü ən çox arzu edən və əmin-amanlığın daim bərqərar olmasına çalışan dövlət olub, habelə, bölgədə söz sahibi olmaqla, qarşılıqlı əməkdaşlığa töhfə verib və verməkdədir.

 

 

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

 

 

 

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki