image-50backend

Emin Əmrullayev Türk Şurasına üzv ölkələrin təhsil nazirlərinin toplantısında iştirak edir

image-reklam_sirab_01

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində nazir İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin VI Zirvə Toplantısında iştirak edir.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantı iştirakçılarına müraciəti səsləndirilib.

Müraciətində bu il türk dünyası olaraq Türk Şurasının quruluşunun 12-ci ildönümünün qeyd etdiyimizi xatırladan Prezident Ərdoğan ötən bu dövr ərzində şuranın ölkələr arasında qardaşlığın, həməyliyin və əməkdaşlığın rəmzi halına gəldiyini və şura çərçivəsində keçirilən müxtəlif səviyyəli tədbirlərdəki ünsiyyətin hər sahədə təcrübə mübadiləsi, eləcə də yeni ortaqlıqların qurulmasına vəsilə olduğunu vurğulayıb.

Bu dövr ərzində Türk Şurasının da öz quruluşunu tamamlayaraq, yeni qatılan ölkələrlə gücünü, etibarını və dünyada təsirini daha da artırdığını vurğulayan Türkiyə Prezidenti bu il noyabrın 12-də Türkiyənin ev sahibliyi ilə İstanbulda keçiriləcək VIII Zirvə Görüşünün şuranın tarixində bir dönüş nöqtəsi olacağına ümidvar olduğunu ifadə edib. Hazırda keçirilən bu tədbirin gələcəyimizin təminatı olan gənclərimizə daha keyfiyyətli təhsil verə bilmək üçün bir yol göstərici olacağına inandığını vurğulayıb.

Tədbirdə çıxış edən nazir Emin Əmrullayev Ermənistanın 30 ilə yaxın azərbaycana qarşı apardığı işğalçı siyasət və Azərbaycanın Vətən müharibəsi nəticəsində torpaqlarının işğaldan azad etməsi haqqında danışıb. Nazir 44 günlük Vətən müharibəsi dövrü ərzində başda Türkiyə olmaqla Azərbaycana dəstək verən bütün ölkələrə minnətdarlığını ifadə edib.

Nazir toplantıda iki qardaş ölkənin təhsil müəssisələrində tədrisinə başlanılması nəzərdə tutulan ortaq türk tarixi və coğrafiyasına dair dərsliklərinin ən qısa zamanda tədris proqramlarına daxil ediləcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, səfər çərçivəsində Azərbaycanın təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Mahmut Özər və Ali Təhsil Şurasının rəhbəri Erol Özvarla görüşüb.

Görüşlər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un icrasından irəli gələn məsələlər və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ətrafında fikir mübadilələri aparılıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki