image-q1backend

Ərazilərin qısa müddət ərzində bərpa olunması kimi mühüm məsələlərdə beynəlxalq təşkilatların fəallığı və obyektiv mövqeyi böyük rol oynayır.

image-reklam_sirab_01

Ali Baş Komandan Möhtərəm Cənab Prezident İlham Əliyev hər zaman dövlətin ərazi bütövlüyünü eyni zamanda ölkəmizin başqa torpağlarda gözümüz olmadığını üstün bir pirioritet kimi vurğulamışdı. O cümlədən Möhtərəm Cənab Prezident vurğulamışdı Azərbaycan Əsgəri, Zabiti “Dəmir Yumruq” gücünün altında sıx birləşərək düşmənə öz zərbəsini tuşlayır və anındaca məhv edir. Yeri gəlmişkən Azərbaycan öz siyasi ərazi bötüvlüyü uğrunda haqq savaşında ikən Ermənistan ölkəsinin necə də öz çirkin, riyakar və məkrli addımlarını ön planlana çəkmişdir.Beləliklə nümunə olaraq terorrçu Ermənistan Oktyabrın 11 gecə saatlarında düşmənin silahlı qüvvələri yenidən öz çirkin əməlinə əl ataraq Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törətdi. Ermənistan hərbçiləri çox təhlükəli bir silah olan “TOÇKA-U” raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı ərazini gecə saatlarında insanların yatdığı bir vaxtda raket atəşinə tutdu. Dünya tarixinə yazılacaq bu ən qanlı terror aksiyası bir daha sübut etdi ki, Ermənistan dövlət səviyyəsində terroru himayə edən bir dövlətdir. Gəncə hərbi əməliyyatların getdiyi yerdən 60 kilometr aralıda yerləşsə də, bu şəhərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulmasıyla bərabər, düşmən ölkənin məqsədlərindən xəbər verir.

 

Burada xüsusilə xatırlatmaq yerinə düşər ki, sentyabrın 27-dən başlayan müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu onun rəhbərliyinin, o cümlədən, Baş nazir Nikol Paşinyanın ağ bayraq qaldırmasından, onun dünya liderlərinə yalvarmasının nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında humanitar məqsədli müddətli atəşkəs rejiminin bərqərar olmasından sonra bu addımı atdı.

Təəssüflər olsun ki, 9 insanın qətli və bir çox insanın yaralanması ilə nəticələnən bu qorxunc olaydan sonra ATƏT-in həmsədr dövlətləri başda olmaqla bir çox beynəlxalq təşkilatlar və dövlətlər susmaqda davam etməkdədir. Başda Rusiya və Fransa olmaqla, Ermənistanın bu çirkin əməlinin pislənməməsi Paris və Moskvanın Azərbaycan ictimaiyyəti qarşısında nüfuzlarına çox böyük zərbə vurmaqla yanaşı, həm də bu dövlətlərin ikili standartlar və beynəlxalq terrorizmi təbliğ edən Ermənistana himayədarlıq etmələrinin bariz göstəricisidir.

 

Məqsədin nə olmasından asılı olmayaraq, ortada bir fakt var. Ermənilərin qürurla öyündükləri Ermənistan ordusu Azərbaycan ordusu ilə üz-üzə, təkbətək döyüşmək yerinə, dinc sakinləri, silahsız qadın və uşaqları hədəf almışdır.Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın növbəti bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərmişdir

 

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu nümayiş etdirmişdir.Sonucda onuda vurğulamaq istərdim ki, əsas məqamlardan biridə düşmənin məkrli işlərindən sonra Mina xəritələri kimi mövzular Avropa İttifaqı nümayəndələri arasında da çoxsaylı təmaslarda müzakirə edilir. Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi. Azərbaycan bu cür təşəbbüsləri dəstəkləyir. Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım bilər.

 

Elxan Huseynzadə, Azərbaycan İlahiyyat İnstitutu tələbəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki