image-1efbf63e-64b5-3fb4-9f27-49c99bc1d755_850backend

Ərdoğan: “Taxıl ixracı ilə bağlı tərəflər üzərinə düşən məsuliyyətə uyğun hərəkət etməlidir”

image-reklam_sirab_01

“Taxıl ixracı ilə bağlı tərəflər (Rusiya və Ukrayna) öz imzalarını qorumalı və üzərinə düşən məsuliyyətə uyğun hərəkət etməlidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz əldə edilmiş razılaşmanın ruhuna zidd hərəkətlərin qarşısını almaq istəyirik. Burada uğursuzluq hamımızın əleyhinə olacaq”, – Türkiyə lideri vurğulayıb.

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Ərdoğan bildirib ki, terror təşkilatlarının Türkiyəyə qarşı fəaliyyətlərini genişləndirmələrinə mane olmadıqca, müsbət yanaşma mümkün deyil.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki