image-reklam-veteninfo
image-e6e6740a-b371-3658-875a-4a2af271d2b2_850backend

Ərdoğanın Özbəkistana səfərə yola düşüb

image-reklam-veteninfo

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfərə yola düşüb.

Veteninfo.az Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə lideri Özbəkistanın paytaxtı Daşkənddə həmkarı Şavkat Mirziyoyevlə görüşəcək.

Ərdoğan və Mirziyoyevin sədrliyi ilə Daşkənddə müvafiq nazirliklərin iştirakı ilə keçiriləcək Şura toplantısında Türkiyə ilə Özbəkistan arasındakı strateji tərəfdaşlıq səviyyəsi nəzərdən keçiriləcək və atılacaq addımlar müzakirə olunacaq.

Həmçinin iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün lazımi tədbirlər müzakirə ediləcək. Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində müxtəlif müqavilə və anlaşma memorandumlarının imzalanması da gözlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki