image-27backend

Erməni baş nazir: “Sərhədləri müəyyən etmək üçün xəritələr önəmlidir”

image-reklam_sirab_01

“Anlamaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında sərhədləri müəyyən etmək üçün sovet xəritələrinin kifayət qədər hüquqi əsası var”.

 

Veteninfo.az  xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət rəsmiləri ilə sual-cavab iclasında deyib.

 

“Rusiya Prezidenti Vladimir Putinin sərhədlərin ayrılması ilə bağlı xatırlatdığı xəritələr 100 faiz də olmasa, 99 faiz “Ermənistanın ərazisi haqqında” qanunla üst-üstə düşür. O ayrı məsələdir ki, bu xəritələrdən hansı sərhədlərin dəqiq müəyyən edilməsinə xidmət edə bilər. Müttəfiq respublikalar arasında xəritələr bir neçə dəfə dəyişib və bunun müxtəlif səbəbləri olub. Biz bilməliyik ki, xəritələr necə dəyişib, nə vaxt dəyişib və niyə dəyişib”, – deyə Paşinyan bildirib.

 

Qeyd edək ki, son günlərdə Ermənistan mətbuatında sərhədlərin 1920-ci il xəritələri əsasında müəyyənləşməsi gündəmə gəlib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki