image-fb_img_1627966436024backend

“Erməni lobbisinin təsirində olan içki əyyaşının Azərbaycan haqqında etdiyi sərsəmləməyə cavabı rus icması da verməlidir”

image-reklam_sirab_01

Vladimir Jirinovski  yeni bir müsahibə verib.  Rusiya Liberallarının (RLDP) təlxək lideri yenə sərsəmləyib. Vladimir Jirinovski   müasir Rusiyanın nimdaş siyasətçisidir, hüquqşünasdır, polkovnikdir, “alimdir”.

2000–2011-ci illərdə  Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini, VI çağırışın deputatı, hətta Avropa Şurası Parlament Assambleyasında Rusiya nümayəndə heyyətində belə təmsil olunub.
Hər zaman ilan kimi qabığını dəyişərək,ciliddən-cilidə düşməyi bacaran Jirnoviski  Prezidenti postuna 5 dəfə namizədliyini irəli sürsə də rus xalqı bu dəlxəyin nəyə qadir olduğunu bildiyindən daima üzərindən xətt çəkib.Ölkəsində əhalinin sosial-iqtisadi burulğanlar məngənəsində çabaladığını,Yəyoxsulluğun sürətlə artdığını,regional və beynəlxalq müstəvidə davamlı embarqolara məruz qalmasını unudan Jirnoviski daha çox müəyyən elektorat əldə etmək peşinə düşüb.  Əslində, bu ahıl vaxtında onun məhz öz ölkəsi ilə bağlı deməli olduğu çox söz, toxunacağı çox problem var. Ancaq Jirinovski Rusiya Federasiyasının qonşuluq, dostluq münasibətlərində olduğu ölkələrin ünvanına hədyanlar yadğırmaq yolunu tutub. Əlbəttə, bir partiya sədri, siyasətçi, türkoloq olaraq, beynəlxalq yaxud ikitərəfli münasibətlər mövzusunda danışmaq da olar və hətta vacibdir. Lakin belə münasibət illa da təhqir formasında, başqa ölkələrə yuxarıdan aşağı baxmaq, ayrı-ayrı ölkələrin dövlət başçılarının yaxud xalqlarının ünvanına hədyanlar yağdımaqlamı olmalıdır?  Ancaq söhbət Jirinovskidən gedirsə, məsələ bir xeyli aydındır. Bütün şüurlu həyatı boyu manqurtlanmış davranış və təlxək düşüncə tərzi ilə  ilə seçilən Jirinovski 75 yaşdan sonra yəqin ki, müdrikləşəcək deyil. Təxribatçı, içən, ağzının sözünü bilməyən, səndələyən, yıxılan, hamı ilə dalaşıq, həmişə əsəbi və ya yarıməsəbi… Sözün qısası, o, öz əməlləri ilə titullarını, ixtisaslarını dırnaq içinə almağımız gərəkdiyini sübut edir: Jirinovski kimi qeyri-ciddi və gələcəyi olmayan birisinin müsahibəsinə diqqət yetirməmək də olar. Lakin onun daşıdığı siyasi vəzifə, onun mandatı nəzərə alınaraq, həqiqət adına bir neçə kəlmə deməkdə fayda vardır. Bu onun-bunun sərsəm dirijoruna çevrilən,içki əyyaşının Azərbaycan haqqında etdiyi sərsəmləməyə cavab verməməkdə olarsı. Onun Rusiya kimi bir ölkənin Dövlət Dumasında təmsil olunması,bir partiya  sədri olması məcbur edir ki,  ona cavab verilsin. Rusiya ermənilərinin təsiri altında olan,davamlı  şovinizm düşüncəsindən qidalan birimin xisləti əlbətdə ba düşüləndi.  Bir məsələ də aydındır ki, rus ictimai fikrinin ona qarşı təpkiləridə bəllidir və hesab edirəm ki, onun son hədyanlarına,Azərbaycanla bağlı fitnəkar fikirlərinə də  rus ictimai fikri cavab verməlidir.  Əslində Rusiya-Azərbaycan münasibətlərinin qayğısına yalnız bizlər deyil,eyni zamanda iki dost, qonuşu ölkənin maraqlarını müdaifə edən Rusiya ictimai-siyasi mühitinə təsir imkanları olan ağıllı kəslər qalmalıdırlar.  Azərbaycanla qonşuluq, dostluq dəyərlərinə qiymət verən hərkəs. Bu dəyəri özü dəyərli olanlar qiymətləndirə bilər. Jirinovski kimi qeyri-sabit, qeyri-ciddi bir siyasətçi belə dəyəri idrak etmək imkanına malik deyil. Dəyər verməküçn dəyərli olmaq lazımdır. Jirnoviski təfəkkürlü biri isə yaradılışdan belə bir fitrətdən, keyfiyyətdən uzaq bir manqurtlaşmış biridi.

Cəbi Quliyev
Milli Məclisin üzvü.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki