image-ulvibackend

ERMƏNİSTAN BİLMƏLİDİR Kİ, SÜLHÜN VƏ DİNC BİRGƏYAŞAYIŞIN ALTERNATİVİ YOXDUR

image-reklam_sirab_01

Azərbaycan Bayrağı 30 illik fasilədən sonra Laçın şəhərinin mərkəzində yenidən dalğalanır. Sentyabrın 21-də Dövlət Bayrağımızı Laçın şəhərində ucaldan Prezident İlham Əliyev bu rəsmi törəni tarixi hadisə adlandırdı. Ona görə ki, erməni separatçı və daşnaklarının “miatsum” yolu hesab etdikləri növbəti miflərinə son qoyuldu. Laçının işğalından sonra, 30 il ərzində şəhərin içindən keçən yolla hərəkət edən istənilən separatçı belə düşünürdü ki, Laçın da əbədi olaraq onunkudur, ideoloji rəmzlərinə çevirdikləri “miatsum”  yolu isə həmişəlikdir. Üçrəngli Bayrağımızın Laçın şəhərinin mərkəzi küçəsində dalğalanması erməni separatizminin mənəvi-psixoloji tarazlığına vurulan sarsıdıcı zərbə deməkdir. Məhz buna görə, Prezident İlham Əliyev Laçının Bayraq Meydanında xüsusi olaraq qeyd etdi: “Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır”.

Prezidentimiz çıxışında xalqımıza, Laçınlılara növbəti müjdəsini verərək bildirdi ki, Laçın şəhəri, Zabux və Sus kəndləri qısa müddətdə yenidən qurulacaq və gələn ilin sonunadək sakinlərin doğma yurdlarına qayıdaraq yaşamaları üçün zəruri şərait yaradılacaq. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi Murov dağından Laçın şəhərinə qədər uzanan 17,5 kilometrlik 12 tunelin çəkilişi də daha rahat və daha təhlükəsiz həyat şərtlərinin təminatına xidmət edir. Dövlətimizin başçısı yeni çəkilən yolların əhəmiyyətinə xüsusi diqqət yetirərək bunları bildirdi: “Yəni, mən indi bir neçə saat yol gəlmişəm. Amma gün gələcək, -o gün uzaqda deyil, iki ilə, maksimum iki il yarıma, -çox rahatlıqla Göygöldən Murov dağının altı ilə insanlar gəlib burada quracaqlar, yaşayacaqlar”.
Prezident İlham Əliyev Ermənistanın son təxribatına cavab olaraq Silahlı Qüvvələrimizin həyata keçirdiyi əməliyyatdan narahat olan, bununla bağlı spekulyasiya aparan dairələrin də cavabını verdi: “Nəticə etibarilə  sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq” .

Dövlətimizin başçısı qeyd etdi ki, beynəlxalq-hüquq normalarına söykənən 5 təməl prinsipi əsasında ölkəmizin irəli sürdüyü sülh müqaviləsinə Ermənistan rəhbərliyinin münasibəti hələ də qeyri-konstruktiv və qeyri-adekvatdır. Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanatla üzərinə götürdüyü öhdəliyini pozaraq, silahlı qüvvələrini Qarabağdan indiyədək tam çıxarmayıb. O, son 30 ildə olduğu kimi, bu gün də çığallıq edir, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyindən də yayınmağa çalışır. 2021-ci ildə-müharibədən sonra Laçın rayonunun ərazisinə basdırılan 1400-dən artıq minanın aşkarlanaraq  zərərsizləşdirilməsi faktı o deməkdir ki, Ermənistan ölkəmizə qarşı terror siyasətindən hələ də əl çəkməyib, sərhədlərin delimitasiyası və demorkasiyası prosesini isə məqsədli şəkildə ləngidir. Prezident İlham Əliyev bildirdi ki, bütün bunlara baxmayaraq, əgər Ermənistan rəhbərliyi vaxt uzatmaq cəhdlərindən əl çəkib siyasi iradə göstərərsə, Azərbaycan irəli sürdüyü prinsiplər əsasında sülh müqaviləsini imzalamağa hazırdır. Prezidentimizin sərhədlərin delimitasiyası ilə bağlı irəli sürdüyü təklif isə Ermənistanı və havadarlarını daha rasional düşünməyə dəvət edir: “Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz” .

Ermənistan tarixən müstəqil siyasət yürüdə bilməyib,  varlığını sürdürməyin yeganə yolunu isə kimlərinsə forpostu olmaqda görüb. Zamana və beynəlxalq konyukturaya uyğun olaraq, sığındığı ünvanları tez-tez dəyişməklə erməni cəmiyyətini xam xəyallara ümidləndirsə də, əslində, onu daha böyük faciələrə yuvarlayıb. Təəssüf ki, Ermənistan indi də bu yoldadır. Amma 44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqının səbri ilə oynamaq çox təhlükəlidir. Ermənistan  ictimaiyyəti bunu da bilməlidir ki, Azərbaycan hakimiyyətinin humanistliyinin də bir həddi var. Məhz buna görə, Prezident İlham Əliyevin növbəti xəbərdarlığından erməni cəmiyyəti düzgün nəticə çıxarmalıdır: “Ancaq əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar”.
Nəhayət, Ermənistan rəhbərliyi, ilk növbədə, erməni cəmiyyəti bilməlidir ki, Cənubi Qafqazda sülhün və dinc birgəyaşayışın alternativi yoxdur və olmamalıdır.

Ülvi Quliyev                                                                                Milli Məclisin deputatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki