image-vvvbackend

Ermənistan dövlətinin hərbi cinayəti

image-reklam_sirab_01

Bildiyimiz kimi, qalıb ölkə ölkə olaraq , ikinci istiqamətimiz, ölkədə bərpa-quruculuq  və təmizləmə işlərini həyata keçirməkdir. Sözsüz ki, müharibədən sonra həmin ərazilər bizlər üçün heç də ürək açan deyildi. Həmin ərazilərdə infrastruktur məhv edilmiş , binalar sökülmüşdür.  İndi isə vətəndaşlarımızın normal yaşayışını təmin etmək üçün bir sıra işlər görülür. Bununla bağlı yeganə əngəl isə düşmənin dağıdılmış ərazilərimizdə minaların yerləşdirməsi olmuşdur. Təbii ki, ilk növbədə işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri aparılmalı, təhlükəsizlik təmin edilməlidir. Çünki bizim azad edilmiş ərazilərdə olan minalanmanın həcmi bəlkə də dünya miqyasında ən böyük dərəcələrdən biridir.Bundan əlavə, azad edilmiş ərazilərimizdə kifayət qədər partla­mamış silah-sursat da var. Torpaqları minalardan təmizləmək də olduqca böyük zəhmət tələb edən işdir. Bununla bağlı Prezidentimiz öz çıxışların birində bildirmişdir ki, ərazilərdəki mintəmizlə əməliyyatlarına ən müasir texnologiyanın cəlb edilməsi üçün artıq müvafiq addımlar atılıb.

Prezident İlham Əliyev bu əməli Ermənistanın növbəti müharibə cinayəti adlandırdı. Ölkə başçısı qeyd edirdi ki, ən böyük çətinlik məhz ondan ibarətdir ki, erməni tərəfi mina xəritələrini verməkdən boyun qaçırır. Ümumiyyətlə, unutmamaq lazımdır ki, ərazilərin minadan təmizlənməsi prosesi hələ uzun müddət davam edəcək. Çünki bu işlər həyati önəm daşıyır və təhlükəsizlik tam təmin edilmədən bu torpaqlarda həyat da bərpa edilə bilməz. Mina xəritələrinin mərhələ-mərhələ təhvil verilməsi isə işin informasiya tərəfidir. Ekspertlərin dediyinə görə, ilkin olaraq bu informasiyanın dəqiqləşdirilməsi lazımdır. Yalnız bundan sonra xəritələrin nə dərəcədə düzgün olduğu müəyyənləşdiriləcək. İkinci mərhələdə xəritələrin əhəmiyyətlilik dərəcəsi hesablanacaq. Bu iki mərhələdən sonra verilən mina xəritələrinin bizə nə dərəcədə faydalı olduğunu söyləmək mümkün olacaq. Əlbəttə, ən yaxşı ssenaridə xəritələrin xətasız olduğu müəyyən edilsə belə, ərazilərin mina­dan təmizlənməsi üçün Azərbaycanın resurslarından istifadə ediləcək.

Prezident İlham Əliyev 2021-ci ildə Qarabağda minalardan təmizləmə işlərinə 60 milyon dollardan artıq vəsaitin ayrılmasını tapşırıb.Azərbaycan  agentliyinə Türkiyədən minalardan təmizləmə üzrə mütəxəssislər kömək edirlər. Onlar Qarabağda minalanmış sahələrdə çalışırlar və xüsusi texnika göndərirlər.

Hazırda da  agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi

 Əliyeva Zenfira Taleh qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki