image-photo-2021-10-20-15-53-48-1backend

Ermənistan hərbi cinayətləri

image-reklam_sirab_01

Hər birimizin bildiyi kimi, Ermənistan 30 ilə yaxın davam edən təcavüzkar siyasəti nəticəsində çoxsaylı hərbi cinayətlər törədib. 44 günlük Vətən müharibəsində də  işğalçı dövlət cinayətkar mahiyyətinə uyğun olaraq dinc insanları, yaşayış məntəqələrini, mülki infrastrukturu hədəfə alıb, qadağan olunmuş silahlardan istifadə edib. Bunun nəticəsində mülki şəxslər həlak olub, çox sayda insan isə yaralanıb.

Həmçinin ötən ilin 17oktyabr tarixində, “Gəncə terroru”nun törədilməsi də Erməni cinayətlərinə bariz nümunədir. Ermənistan hərbi-siyasi rəhbərliyi və separatçı rejim tərəfindən müharibə dövründə çoxsaylı humanitar hüquq normalarının kobud şəkildə pozulması halları baş verib. Beynəlxalq hüquqa görə mülki şəxslər, habelə döyüş qabiliyyəti olmayan şəxslər hədəfə çevrilə bilməz. Yalnız hərbçilər legitim hədəf sayıla bilər. Gəncənin, Bərdənin və digər ərazilərin hücuma məruz qalması, orada çoxsaylı vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Ermənilər müharibənin qayda və üsullarını da pozublar. Bu da Haaqa konvensiyalarının pozulması kimi dəyərləndirilib. Qadağan edilən silahlardan, kasetli bombalardan istifadə də ermənilərin beynəlxalq konvensiyaların tələblərini pozması deməkdir.

Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirib, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozub”. Bu fikirləri millət vəkili, akademik Nizami Cəfərov deyib.Onun sözlərinə görə, Ermənistan ötən dövr ərzində 1949-cu il Cenevrə konvensiyalarının tələblərinə əməl etməyib. Bu ölkənin Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc əhalinin, tibb işçilərinin məqsədli şəkildə atəşə tutması onların beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirdi.

“Ermənilərin ekoloji terror aktları – qəsdən meşələri yandırması da humanitar hüququn pozulması deməkdir. Ermənilərin əsirlərə qarşı qəddar və qeyri-insani davranışı ilə bağlı da ciddi faktlar mövcuddur. Ermənilər əsirlər və müharibə qurbanları ilə bağlı beynəlxalq konvensiyaların da normalarını pozub. Xüsusilə qeyd etmək istəyirəm ki, erməni tərəfi tarixi, dini və mədəni abidələrimizə qarşı 30 il ərzində vəhşilik törədib. Bütün bu cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi, habelə separatçı rejim məsuliyyət daşıyırlar. Onların məsuliyyətə cəlb edilməsi prosesi hökmən baş tutacaq”, – deyən millət vəkili müharibə dövründə ermənilərin muzdlulardan istifadə etməsinə də dair çoxsaylı faktlar var. Təbii ki, bütün bunlar hərbi cinayətlərdir. Ümid edirik ki, Ermənistanın törətdiyi hərbi cinayətlər cavabsız qalmayacaq.

 

Nəsimi rayonu  gənci

Bayramova Şəbnəm


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki