image-armen-sarkisyan-ermbackend

Ermənistan parlamenti Armen Sarkisyana 1 həftə vaxt verdi

image-reklam_sirab_01

Ermənistan prezidenti Armen Sarkisyan bir həftə ərzində istefa ərizəsini geri götürməsə, onun səlahiyyətlərinə xitam verilməsi haqqında protokol tərtib edilərək Milli Məclisin sədri tərəfindən imzalanacaq və onun istefası dərc edildiyi andan qəbul edilmiş sayılacaq.

Veteninfo.az erməni mediasına iastinadən xəbər verir ki, bu barədə parlamentin sədri Alen Simonyan  bu gün keçirilən iclas zamanı deputatların diqqətinə çatdırıb.

O qeyd edib ki, Konstitusiyanın 142-ci maddəsinin 147-ci maddəsinin 1-ci hissəsinə əsasən, Ermənistan prezidenti istefa ərizəsi ilə müraciət edib: “Parlamentin reqlamentinə əsasən, istefa elan edildikdən sonra bir həftə ərzində müvafiq vəzifəli şəxs yazılı ərizə ilə istefasını geri götürərsə, bu barədə Milli Məclisin sədri bəyanat verir. Və əgər o, istefasını geri götürməzsə, o zaman onun səlahiyyətlərinə xitam verilməsi haqqında protokol tərtib edilir və bu protokol Milli Məclisin sədri tərəfindən imzalanır və dərc olunur. Protokol dərc edildiyi andan istefa qəbul edilmiş hesab olunur”.

 

Qeyd edək ki, Ermənistan prezident Armen Sarkisyanın istefası ilə bağlı qərar yanvarın 23-də açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki