image-photo-2022-05-07-11-14-25backend

   Ermənistan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır   .  

image-reklam_sirab_01

30 ilə yaxın nankor, işğalçı düşmən tapdağı altında olan 20 faiz vətən torpaqlarımız Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasəti, Azərbaycan Ordusunun yüksək səviyyədə hazırlığı, səriştəsi, canını doğma torpaqlarımız uğrunda fəda edən qəhrəman, igid oğullarımızın fədakarlığı nəticəsində 44 günlük Vətən Müharibəsi ərzində geri qaytarıldı.

 

Ermənistan Azərbaycan Ordusunun səriştəsini Aprel, Tovuz döyüşlərində də görmüşdü. Lakin özləri haqqında yaratdığı mifə özləri də inanmışdılar. Sərsəm bir “Dənizdən dənizə” xülyası ilə yaşayırdılar. Azərbaycan öz gücünü bir necə dəfə erməni quldurlarına göstərsə də Ermənistan öz xülyasından əl çəkməmişdi. Ali Baş Komandanımız İlham Əliyev öz tarixi torpaqlarımızı sülh yolu, danışıqlar yolu ilə razılığa gələrək, heç bir itki vermədən qaytarılması üçün dəfələrlə cəhd göstərsə də Ermənistan buna razı olmamışdı. Nəhayət Paşinyan bu danışıqlara sanki son qoyaraq, “Qarabağ Ermənistandır və nöqtə“ deyərək müharibədən əl çəkməyəcəyini, tarixən Azərbaycana aid olan Qarabağa bütövlükdə sahib olacaqlarını bildirdi.

Bu sözdən sonra, artıq danışıqların heç bir nəticəsi və mənası olmadığını görən Prezidentimiz nəhayət 2020-ci ilin sentyabr ayında səfərbərlik elan etdi. Səfərbərliyi səbirsizliklə gözləyən igid vətənpərvər oğullarımız da könüllü olaraq cəbhəyə getmək üçün Hərbi Komissarlıqlara müraciət etdilər. Ermənistan vətən torpaqlarımızın 20 faizini işğal etdikdən sonra, 30 ilə yaxın bir müddət ərzində bir gün belə dinc dayanmamışdır. Erməni quldurları təmas xəttində yaşayan mülki əhalini atəşə tutmuş, tarlalarına od vurmuş, əkin sahələrinə hər cür ziyan verməyə çalışmışlar. Evlərini atəşə tutmuş, mal qaralarını öldürmüşlər. Vaxtaşırı təxribatlar törətməkdən çəkinməmişlər. Bu təxribatlar nəticəsində qadın, uşaq və qocalar zərər çəkmiş, şikəst qalmış, həlak olmuşlar. Ermənistan işğalçı ölkə olmaqla bərabər, həm də cinayətkar ölkədir. Müharibə dövründə də müharibənin qayda-qanunlarına əməl etməyərək, müharibə gedən ərazidən uzaq olan Gəncə, Xızı və başqa rayonlara da mərmi ataraq dinc, mülki əhali arasında qırğın törətmişdi. Tərtər şəhəri erməni cinayətindən ən çox zərər çəkib.

 

Çünki, bu şəhər təmas xəttinə daha yaxındır. Tərtərə erməni quldurları 16 mindən çox mərmi atıb. Mütəmadi olaraq atəşə tutublar. Bunun təticəsində mülki evlər dağılıb, əhali arasında ölən və yaralananlar olub. Döyüş meydanında igid əsgərlərimizin qarşısında duruş gətirməyən erməni qorxaqları dinc əhaliyə hücum etməyə başlayıblar. Müharibə gedən vaxtı, eyni zamanda müharibədən əvvəlki və sonrakı dövrlərdə də ermənilər Azərbaycana və Azərbaycanın mülki əhalisinə qarşı çoxsaylı cinayətlər törədiblər. Azərbaycanın bir çox şəhər və kəndlərini tamamilə yer üzündən siliblər. Tarixi və mədəni abidələrimizi sökərək darmadağın ediblər. Bir sıra tarixi abidələrimizi dəyişdirərək erməniləşdiriblər. Məscidlərimizi yerlə yeksan ediblər. Meşələrimizi kəsib aparıb, ekologiyamıza ziyan vurublar.

 

HÜMBƏTLİ FİRUZƏ—YAP-IN ÜZVÜ

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki