image-06backend

Ermənistana verilən şans

image-reklam_sirab_01

Keçmiş  SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi  MDB-nin  yaradılması barəsində ilkin razılıq 8 dekabr 1991-ci ildə olsa da, qurum rəsmən 21 dekabrda yaradıldı. İlkin dövrdə 3 dövlət – Rusiya, Ukrayna, Belarusiya tərəfindən qurulmuş Müstyəqil Dövlətlər Birliyinə sonradan digər dövlətlər Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan  qoşulmaq haqqında razılığa gəldilər. Bu razılaşma SSRİ-nin “mədəni dağılması”, onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi. Azərbaycan Respublikasının Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.

2021-ci il 15 oktyabr tarixində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının növbəti iclasında preziden İlham Əliyevin   etdiyi tarixı çıxışı, keçmiş Dağlıq Qarabağ münaqişəsi,postmünaqişə dövrü görülən işlər haqqında söylədiyi fikirlər bu gün regiondakı real mənzərəni, gələcək perspektivləri göz önünə gətirdi. Cənab prezident öz çıxışında Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini, Azərbaycan  dövlətinin və ordusunun BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsinin tələblərini yerinə yetirdiyini və Ermənistanla  artıq 30 ildir davam edən münaqişənin hərbi–siyasi yolla həll etdildiyini vurğuladı.Ali Baş Komandan artıq münaqişənin bitdiyini, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin imaladığı üçtərəfli Bəyanatın Ermənistan-Azərbaycan münaqişəsinə son qoyduğunu  və hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdiyini bildirdi. İmzalanmış Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı.44 gün davam edən  Vətən Müharibəsində isə    Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etmişdi.

İşğal müddətində Ermənistanın ərazilərimizdə həyata keçirdiyi vandalizimdən, dağıdıcı fəaliyyətlərindən danışan prezident İlham Əliyev Azərbaycanın qalib ölkə kimi münasibətləri normallaşdırmağa, Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazır olduğunu vurğuladı. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək.

 

Könül Əfəndiyeva –YAP üzvü

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki