Ermənistanda son sutka ərzində daha 129 nəfərdə COVID-19 aşkarlanıb.
Veteninfo.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Ermənistanda virusa yoluxanların ümumi sayı 345 518-a çatıb. Ölənlərin sayı daha 4 nəfər artaraq 7 997-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 511 nəfərdir. İndiyədək 332 588 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 3 422 aktiv koronavirus xəstəsi var.