image-meshurbackend

Ermənistanda hakimiyyətdə istər Paşinyan olsun,ya da bir başqası…

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,  Ermənistanda yeni hərəkat yaradaraq mitinqlər  keçirən sabiq səfirlərdən Edqar Qazaryan ötən gün İrəvanda keçirdiyi mitinqdə bəyan edib ki, 2 sentyabr mitinqində yeni seçilən baş nazir də iştirak etməlidir.

Edqar Qazaryan eyni zamanda mitinqdə çıxışı zamanı vurğulayıb ki, o müxalifətin və iqtidarın bütün deputatlarından operativ və çevik qərar gözləyir: “Müqavimət” hərəkatının bütün hərəkətlərindən tam xəbərdaram. Sentyabrın 2-də mitinq elan olunub, həmişəki kimi mən o mitinqdə iştirak edəcəyəm, amma Ermənistanın yeni seçilmiş baş naziri həmin mitinqdə iştirak etməlidir”. Edqar Qazaryan bildirib ki, avqustun 31-də Moskvada Azərbaycan-Ermənistan- Rusiya  başçılarının üçtərəfli görüşü planlaşdırılır. Noyabrın 9-da kapitulyasiyaya imza atan baş nazir daha o iclasda iştirak etməməlidir.

“Ermənistanda yeni hərakat yaradaraq Nikol Paşinyana meydan oxuyan Edqar Qazaryanın müxalifəti və erməniləri baş naziri hakimiyyətdən uzaqlaşdırıb, 2 sentyabr mitinqinə kimi yeni baş nazirin mitinqdə iştirak etməsin bəyan etməsi,İrəvanda  yaxın günlərdə ciddi siyasi hadisələrin olma ehtimalını artır”.

Bu fikirləri isə Vətəninfo.az-a açıqlamasında Milli Məclisin üzvü Məşhur Məmmədov bildirib. Millət vəkili onu da qeyd edib ki, Ermənistanda 2 sentyabra kimi hansısa seçki keçirmək inandırıcı görünmür, amma basqı və hansısa güc tədbiq etməklə hakimiyyəti çevirmək istəyi ola bilər: ” Amma istənilən halda istər Paşinyan olsun,istər hakimiyyətdə digər bir erməni siyasətçi,onların 44 günlük müharibədən sonra Ermənistanın imzalamış olduğu  9 noyabr kapitulyasiya aktını və digər  imzalanan üçtərəfli sənədləri pozma imkanları yoxdur.Ən yaxşısı erməni cəmiyyətinin bu tip siyasətçilərin arxasına qoşularaq hansısa ajotaj yaratmaqdansa, məğlubiyyəti qəbul edib, ölkənin gələcəyini düşünmələri ola bilər”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki