image-bbd31373-c7ca-352c-8dab-d7ec4e6620ba_850backend

Ermənistanda kəskin respirator xəstəliklər 20 % artıb

image-reklam_sirab_01

Ermənistanda kəskin respirator xəstəliklər ötən həftə ilə müqayisədə 20 % artıb.

Bunu Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxucu və qeyri-infeksion xəstəliklər şöbəsinin epidemioloqu Nerses Qriqoryan deyib.

Onun sözlərinə görə, xəstəliyə daha çox yoluxma halları 4 yaşa qədər (əvvəlki həftə ilə müqayisədə 1,4 dəfə artım) və 5 yaşdan 14 yaşa qədər (1,5 dəfə çox) uşaqlarda aşkar edilib. Yetkin əhali arasında kəskin respirator xəstəliklər daha az yayılıb: xəstəliyə yoluxma hallarının sayı 1,1 dəfə artıb.

Qriqoryan qeyd edib ki, bu gün Ermənistanda paraqrip və rinovirus xüsusilə geniş yayılıb. Onun əlamətləri – qızdırma, yuxarı tənəffüs yollarının iltihabı, əzələ ağrısı, zəiflikdir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki