image-14backend

Ermənistanda siyasi məzərə: Real müxalifət yoxdur

image-reklam_sirab_01
Bu gün ümumiyyətlə Ermənistanda real siyasi müxalifət yoxdur. Olan müxalifət isə yalnız hakimiyyətlə bir general-qubernatorun yarışmasıdır.
Bu siyasi rəqabəti isə Ermənistanda xarici qüvvələrin tədəfindən idarə olunan əsas oyunçular əhatə edir. Bu səbəbdən nə real siyasi qarşıdurma, nə də ki, tərəflər arasında (müxalifət-iqtidar) real həqiqi mübahisə yoxdur. İlk görünüşdən bilinir ki, hər iki qütbün siyasi ritorikası mərkəzdən (Rusiya və yaxud Qərbdən) hazırlanıb.
Məsələn, hazırki hakimiyyət deyir ki, Syunikdə (Zəngəzurda) ikinci bir Rusiya bazası qururuq. Və heç kim etiraz etmir. Bu səbəbdəndir ki, Ermənistanın müharibənin başlaması və sonu ilə bağlı heç bir analizi yoxdur. Səbəb çox aydındır. Çünki istər hakimiyyətin, istərsə də müxalifətin müharibənin başlamasında Rusiyanın rolunun olduğunu ortaya qoymadan hansısa bir analizi etməsi mümkün deyil.
Müxalifət tərəfindən hakimiyyətə qarşı “anti-rus” və s. köhnə və köhnəlmiş sovet ittihamları dəfələrlə səsləndirilsə də, sonda yenə də hər iki qütbün rəhbərləri Kremldə Putinlə görüşüb, təlimatlar alaraq ölkələrinə qayıdıblar. Erməni xalqı isə bu görüşlərin nəticələri barədə eşitmək istədiyini yox, verilən tezislərin fonunda açıqlamalar eşidib.
Hər iki siyasi qüvvə Rusiya ilə bir düşərgədə olmağa məhkumdur. Düzdür, bir neçə müxalifət partiyası var ki, Ermənistan hakimiyyətinin siyasi kursunu qəbul etmir və zaman-zaman həm iqtidarı, həm də müxalifəti Rusiyaya pərəstişdə günahlandırır. Bunlardan biri “Milli Demokratik Qütb” hərakatıdır. Bu hərəkat Qərbyönlü olsa da, Ermənistanda hələlik böyük siyasi dəstək potensialı yoxdur. Biz bunun cari ilin iyun ayının 20-də keçirilən növbədənkənar parlament seçkiləri zamanı da şahidi olduq.
Qərb isə Ermənistanda bəzi müxalif qüvvələrlə öz əlaqələr qurmaqda davam edir. Baş nazir Nikol Paşinyan siyasi kursunun Qərbə doğru yönəldiyini nə qədər gizlətsə də, yenə də sonda onun Rusiyanın Ermənistanın vacib strateji müttəfiqi olmasını deməsi göstərir ki, bu kimi açıqlamaları Qərbin verdiyi tapşırıqlarla səsləndirilir. Bu isə Paşinyanın Rusiyanı azdırması və ikibaşlı siyasət yürütməsi anlamına gəlir. Lakin Rusiya belə şeyləri unutmur və bağışlamır.
Telman Qasımov,
Hərbi-siyasi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki