image-2782198d-d5c5-3bac-97bc-e3d5f2671d57_850backend

Ermənistanın Baş Prokurorluğunda Paşinyanın həbsi tələbi irəli sürüləcək

image-reklam_sirab_01

Ermənistanın ikinci Qarabağ müharibəsində Azərbaycan ordusunun bölmələri tərəfindən məhv edilən hərbçilərinin valideynləri sabah ölkənin Baş naziri Nikol Paşinyanın həbsini tələb edəcəklər.

Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verlir.

Məlumata görə, valideynlər avqustun 30-da Baş Prokurorluqda olacaqlar.

“Avqustun 30-da saat 16:00-da Baş Prokurorluğa toplaşaraq baş prokuror Artur Davtyanın öz vəzifəsini yerinə yetirməsini tələb edəcəyik və hazırda Baş nazir postunu tutan, 44 günlük müharibə ərzində özünü Ali Baş Komandan elan etmiş Nikol Paşinyanı həbs edəcəyik”, – valideynlərin yaydığı bəyanatda bildirilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki