image-a8d3bce4-f4cf-3d0f-877b-ab02fd2dd4c3_850backend

Ermənistanın Fövqəladə Hallar Nazirliyi bu il 27 dəfə aldadılıb

image-reklam_sirab_01

Ermənistanın Fövqəladə Hallar Nazirliyi (FHN) bu il 27 dəfə aldadılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan bildirib ki, 2022-ci ildə Ermənistanda minalanma ilə bağlı 27 yalan məlumat qeydə alınıb.

“Onların böyük əksəriyyəti e-poçt vasitəsilə qəbul edilib, əksəriyyəti şəhər meriyasının elektron ünvanına göndərilib”, – o, jurnalistlərə bildirib.

A.Kostanyan bildirib ki, son iki məlumat Fövqəladə Hallar Nazirliyinin ünvanına daxil olub. Nazirlik rəsmisi əlavə edib ki, hüquq-mühafizə orqanları bu istiqamətdə iş aparır.

A.Kostanyanın sözlərinə görə, elektron məlumatlarda xəbərdarlıqlar xaricdən gəldiyindən çətinliklər yaranır.

Avqustun 2-də saat 18:59-da Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bütün metro stansiyalarının, “Zvartnots” hava limanının, Baqramyan 19 ünvanının, eləcə də bütün ən mühüm hərbi və mülki obyektlərin minalanması barədə siqnallar daxil olub.

Avqustun 14-də saat 16:00-da siqnal daxil olub ki, bütün metro stansiyalarında, bütün mühüm hərbi və mülki obyektlərdə, bütün ticarət mərkəzlərində, zooparkda, Baqramyan küç. 19 (Milli Məclisin binası) Ermənistan – red.) ünvanında, Müqəddəs Lusavoriç kilsəsində partlayıcı qurğular yerləşdirilib.

Hər iki halda partlayıcı qurğu aşkar edilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki