image-img_0665backend

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm siyasəti

image-reklam_sirab_01

Dağlıq Qarabağ münaqişəsinin həllindən artıq 1 il keçir. 44 gün davam edən müharibədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. BMT-nin Təlükəsizlik şurası Azərbaycan torpaqlarını işğal edən Ermənistana qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələri yerinə yetirməyi və münaqişəni hərbi-siyasi yolla həll etməyi tələb etdi.

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə müqavilə imzalandı. Bağlanılan sazişə görə işğalçı dövlətin hərbi qüvvəlləri Ağdam, Kəlbəcər, Laçın rayonlarından çıxarıldı. Ordumuz döyüş meydanında 300-dən çox şəhəri və kəndi azad etmişdir. Sazişə əsasən Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ ərazisinə yerləşdirildi. Ağdam rayonunda Rusiya və Türkiyə monitorinq mərkəzi yaradıldı. Azərbaycan qalib ölkə kimi Ermənistanla sülh danışıqlarının aparılmasına və sərhədlərin açılmasına hazırdı. Ümidvarıq ki, Ermənistan rəhbərliyi öz çirkin xislətindən əl çəkib, Azərbaycan və Türkiyə ilə sülh danışıqların aparılmasına razılıq verəcək.

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında misli görünməyən barbarlıq törədib. 30 illik işğal dövründə demək olar ki, yaşayış məntəqələri evlər, binalar, yollar, körpülər, tarixi abidələr dağıdılıb. Hələ bu az imişkən, Ermənistan Qarabağ ərazisində minalar basdırıb. Bir çox hərbiçi və mülkü şəxslərimiz minaya düşərək həlak olub və ciddi xəsarət alıb. Həllədə işğaldan azad edilmiş torpaqlarda bu problem həll olunmayıb. Çünki, Ermənistan rəhbərliyi minalanmış ərazilərin xəritələrini  Azərbaycan tərəfinə verməkdən imtina edir. Füzuli və Ağdam şəhərlərində bütün məscidlər dağıldılıb. Həmin məscidlərdə inək və donuz saxlanılıb. Bir sözlə müsəlmanların heysiyyətini qəsdən təhqir ediblər. Zəngilan, Qubadlı, Şuşa şəhərləridə eyni vəziyyətdədir. Şuşa şəhərində yalnız bir məscid “Qondarma tolerantlıq” kimi saxlanılıb. Oda fars məscidi kimi təqdim edilirmiş. Qarabağ ərazisində evlər, binalar kərpic-kərpic, daş-daş sökülüb İrana və Ermənistana satılıb. Hətta təbiətədə böyük ziyan vurulub. Neçə min hektara yaxın meşələr qırılıb məhv edılib. Digər təbii resuslar qanunsuz olaraq istismar edilib. Oxçuçay da 30 il ərzində çirkləndirilmişdir. Bir sözlə işğalçı Ermənistan dövləti Azərbaycana qarşı həm etnik təmizləmə siyasəti aparmaq yanaşı həmdə vandalizm törədib. Ermənistan İranla əlbir olaraq Qarabağ ərazisindən Avropaya narkotrafik üçün istifadə edib. Ermənistan Cəbrayıl rayonundan keçməklə Avropa ölkələrinə bir çox narkotik vasitələr daşıyırdı. Azərbaycan müharibə dövründə Ermənistanın hərbi əsirlərini Azərbaycanlı hərbi əsirlərini bizə verməsindən daha öncə verib. Ermənistanın Şirak ərazsində Azərbaycana qarşı təxribat hazırlanmışdır. Lakin Azərbaycan Silahlı Qüvvəllərinin səyi nəticəsində bu təxribatın qarşısı alınmışdır.

Bakı Slavyan Universiteti  – Abbasova Pərvanə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki