image-downloadbackend

Ermənistanın işğalçı siyasətinə son qoyuldu.

image-reklam_sirab_01

Aprelin 26-da Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı çıxışı dünya dövlətlərini Ermənistanın təcavüzkar, xain, işğalçı, pozucu və dağıdıcı siyasəti ilə bir daha tanış etdi. Artıq bu çıxışla bölgədə nələrin baş verdiyini və nələrin dəyişdiyini təhlil etmək mümkündür.
Ölkə başçısı işğal altında olan ərazilərin terror yuvasına çevrilməsi, kəndlərin, şəhərlərin viran qoyulması, həmçinin insanlıqla bir araya sığmayan fauna və floranın vəhşicəsinə məhv edilməsinin Ermənistanın dövlət siyasəti olduğunu bir daha bəyan etdi və ötən ilin sentyabrında müharibənin başlamasına erməni təxribatının səbəb olduğuna diqqət çəkdi. Ölkəmizin dinc sakinlərinin yaşadığı ərazilərin ağır artilleriyadan atəşə tutulması və sakinlər arasında ölən və yaralananların olması Azərbaycan Ordusunu əks-hücum əməliyyatlarına məcbur etdi və Azərbaycan bu məsələdə haqlı idi. Bu açıqlama ilə sessiya iştirakçılarına əyan oldu ki, bu təxribatın qarşısı alınmasaydı, Ermənistan işğal siyasətini daha da genişləndirmək niyyətində idi. 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Qələbədən sonra əminliklə deyə bilərik ki, artıq Ermənistan bölgə üçün zərərsizləşdirilib, təcavüzkar siyasətinə son qoyulub, ordusu məhv edilib.  İkinci Qarabağ müharibəsi  Azərbaycan xalqının birliyini bir daha nümayiş etdirdi. Siyasi əqidəsindən, mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq bütün  vətəndaşlar  yumruq kimi birləşdi. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Azərbaycan xalqı hər gün dövlətimizin başçısı İlham Əliyevdən qələbə xəbərini gözlədi. Hər bir zəfər sevinci böyük coşqu ilə qeyd olundu. Ölkəmizdə yaşayan bütün millətlərin,  dini konfessiyaların nümayəndələri birlik nümayiş etdirdilər, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər.  Bu, bizim böyük sərvətimiz, dəyərimizdir.

Bu qələbə bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Gördülər ki, ötən 30 ildə Azərbaycan öz haqlı davasından bir addım da geri çəkilməyib və Azərbaycan Prezidenti döyüş meydanında tarixi ədaləti bərpa etməkdə qərarlıdır. Bu, işğalçını sülhə məcbur etmək, düşmənə layiq olduğu yeri göstərmək üçün əsil ölüm-qalım mübarizəsi idi. Biz həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin arzusunun, onun öz davamçısına vəsiyyətinin tarixi reallığa çevrilməsini gördük. İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə Azərbaycan tarixinə şanlı səhifə yazdı. Doğma xalqı qarşısında bütün zamanların ən dəyərli missiyasını uğurla həyata keçirən Böyük Sərkərdənin başçılıq etdiyi müzəffər ordu 1992-ci il mayın 8-də əlimizdən zorla alınan Şuşanı da 2020-ci ilin noyabrın 8-də doğma nəfəslərlə isindirdi.

Artıq həyatımızda yeni dövr başlayır. Bu dövrün özəllikləri olacaq. Biz Azərbaycanın beynəlxalq münasibətlərdə yürütdüyü siyasətin yeni konturlarını görəcəyik. İkitərəfli və çoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrləri müşahidə olunacaq. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Onlar gördülər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.

Nəsimi rayon gənci

Abasov Orxan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki