Bütün dünya Ermənistanın insanlığa sığmayan əməllərindən xəbərdardır. Buna baxmayaraq, işğalçı ölkə saxta məlumatlar yaymaq, təbliğat törətmək, qətl, terror kimi çirkin əməllərindən əl çəkməmişdir. Ermənilər Azərbaycan torpaqlarında terror törətməklə minlərlə insanı qətl etmiş, yurdlarından didərgin salmışdır. Bütün bu vəhşilikləri edən ermənilər dünyaya saxta məlumatlar yayaraq özlərini köməksiz, aciz və işğalçı ölkə tərəfindən təcavüzə uğrayan bir ölkə kimi göstərməyə çalışırlar.
İkinci Qarabağ müharibəsi Ermənistanın hər sahəsinə ziyan vurdu. Azərbaycanın Ermənistana verdiyi maddi zərər milyardlarla dollar həcmindədir. Düşmən xalq düşünür ki, bütün bu zərərin səbəbkarı Nikol Paşinyandır. Ekspertin dediyinə görə, erməni fondu Azərbaycanın azad etdiyi ərazilərə 150 milyon dollar investisiya yatırmışdı. Həmçinin ölkənin müdafiə sisteminə 2 milyard dollar, Zod qızıl itirilməsi nəticəsində 8 milyard dollar zərər dəymişdir. Həmin qızıl mədəni Kəlbəcərdə yerləşir. Ermənilərin bu yatağı işğal etməsi Azərbaycana illərlə maddi zərər vurub.
Müharibədə Azərbaycanın məhv etdiyi hidroelektrik stansiyaların ümumi qiyməti 600 milyon, hərbi qüvvələrə vurulan ziyan isə 4 milyard ABŞ dollarından ibarətdir. Bütün bunlar göstərir ki, Ermənistanın 40 milyard dollardan çox zərəri var.
2021-ci il Ermənistan əhalisi üçün heç yaxşı il deyil, çünki bu qədər borcu olan bir ölkənin maksimum dərəcədə qənaət etməsi lazımdır. Ölkədə həyat səviyyəsinin aşağı düşməsi, maaşların azlığı, əhalinin işsizliyi, yoxsulluq miqrasiya hallarını artırır. Ermənistan Müdafiə Nazirliyi 10 noyabrdan sonra 2 min nəfər itki olduğunu bildirmişdir.
Qəribədir ki, Səhiyyə Nazirliyi 3500 meyitin qeydiyyatdan keçdiyini bəyan etdi. Bir müddət sonra ölən hərbi qulluqçuların sayının 4500, 5 min nəfərin 1-ci qrup, 6 min nəfərin isə 2-ci qrup əlil olduğunu açıqlandı. Ermənistanda və Qarabağda həlak olanlarla bağlı etiraf edilən rəsmi rəqəm isə 7000-ə yaxındır. Ölən, yaralanan və fərarilərin sayı 40000 nəfəri keçir. Bütün bu rəqəmlər isə Ermənistan üçün fəlakətdir.
Ermənistanda pandemiyanın qarşısının alınması üçün görülən karantin tədbirlər ürəkaçan deyil. Ölkədə vətəndaşların sosial-iqtisadi problemlərinin həll olunması Nikol Paşinyan üçün sadəcə çətinlikdir. Yoluxma sayının artması nəticəsində ölkə sosial dayaqlarını itirir. Nikol Paşinyan ölkədə müalicə olmayan minlərlə xəstə olduğunu, yoluxma sayı daha da artarsa xəstəxanalarda yer olmayacağını bildirib. Tətbiq edilən məhdudiyyətlər və karantinlərə görə iqtisadiyyat zəifləyir. Ölkə hər gün təxminən 51 milyon dollar zərərə uğrayır və bu qiymət Ermənistan kimi kiçik bir ölkə üçün çox ciddi zərərdir. Ekspertlərin dediyinə görə, karantin müddəti uzadılarsa, bu zərər ikiqat artacaq.
Ölkədə baş verən siyasi nazarılıqlar o qədər çoxdur ki, insanlar virusdan çəkinmir. Paşinyanın hakimiyyətin narazı olan xalq kütləvi aksiyalarda çıxış etməkdən çəkinmir. Aksiya iştirakçıları Baş nazir Nikol Paşinyanın istefasını da tələb edilər. Aksiya iştirakçılarının arasında müxalifətçilər və deputatların olması vəziyyətin ciddi olduğunu sübut edir. “Paşinyan get!”, “Çarukyan Baş nazir!” şüarlarını səsləndirən xalq təhlükəsizlik qüvvələri tərəfindən kobudluqla saxlanılır.
Beynəlxalq təşkilatların Ermənistanla əməkdaşlıqdan qaçması da ölkəyə dərindən təsir edir. Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz öz qələbəsini tarixə qızıl hərflərlə yazdı. Azərbaycanın parlaq qələbəsi nəinki tariximizin, bütün dünyanın ən mühüm hadisələrindən biridir. Bütün bunlar Azərbaycan ordusunun nələrə qadir olduğunu sübut edir.
Nəsimi rayon gənci- Nilufər Ocaqlı