image-1628934705_1627823065_1626959974_1626521833_thumb-1backend

“Ermənistanın öz siyasətində köklü dəyişiklik etməkdən başqa yolu yoxdur”

image-reklam_sirab_01

Paşinyan riyakarlıqda sələfləri Koçaryan və Sarqsyanı kölgədə qoymaqdadır. Bir tərəfdən Ermənistan qarşısında duran ən prirortet məsələnin qonşularla əlaqələr və Azərbaycanla, eləcə də Türkiyə ilə münasibətlərin qurulması olduğundan dəm vurur, digər tərəfdən öz imzasına belə hörmətsizlik edərək 10 noyabr müqaviləsindəki bəndlərin yerinə yetirilməməsi üçün davamlı təxribatlara əl atır. Belə bir riyakarla masa arxasında oturub nəyisə müzakirə etməyə dəyərmi?

 

Veteninfo.az xəbər verir ki, millət vəkili, siyasi şərhçi Cavanşir Feyziyev Moderator.az-ın bu suallarını aşağıdakı kimi cavablandırıb.

“Hazırda Ermənistanda  sonuncu seçkilərdən sonra yeni hökümətin formalaşması başa çatmaq üzrədir. Paşinyanın hansı təxribatlara əl atmasından asılı olmayaraq Ermənistan 10 noyabr tarixli Üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməlidir. Paşinyan da bunu başa düşür. Amma o bu müddəaları elə bir şəkildə yerinə yetirmək istəyir ki, ölkə daxilində yeni qarşıdurma yaranmasın.  Ona görə də Paşinyan bir tərəfdən Birgə Bəyanatın tərəfləri olan Azərbaycan və Rusiya , digər tərfdən isə müxalifət və diaspora arasında reveranslar etməklə yeni hökümətin möhkəmlənməsi üçün vaxt qazanmağa çalışır. Reallıq isə ondan ibarətdir ki, ermənilərin bir əsr ərzində gizli və aşkar şəkildə apardığı ekspansiya siyasəti iflasa uğrayıb. Ermənistan dövlətinin bu məğlubiyyəti qəbul edərək öz siyasətində köklü dəyişiklik etməkdən başqa yolu yoxdur. Belə bir dəyişikliyin mahiyyəti isə qonşu dövlətlərə qarşı bütün iddialarından əl çəkib onlarla, xüsusən də Türkiyə və Azərbaycanla səmimi münasibətlərin qurulmasından və qarşılıqlı faydalı əməkdaşlıq etməkdən ibarətdir. Belə bir əməkdaşlığa başlamağın da şərtləri Ermənistana məlumdur. Bunun alternativi yoxdur, əks halda Ermənistan dövlətinin özünün mövcudluğu təhlükə qarşısında qalacaq. Bütün bunlarla bağlı Azərbaycan Ermənistanla danışıqlar apara bilər, amma “Dəmir yumruq” da həmişə yerində olmalıdır.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki