image-esger1backend

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır.

image-reklam_sirab_01

Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir. Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib.Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.Təxribatın qarşısının alınması zamanı 71 hərbçimiz şəhid olub. Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir. Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib, həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib və bu cəhdlərin onların özləri üçün ağır nəticələrə gətirib çıxaracağı barədə Ermənistan hakimiyyətini xəbərdar edib. Son təxribatlar göstərir ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır və sülh prosesində maraqlı olmadığını, prosesə zərbə vurmaq niyyətini nümayiş etdirir. Ermənistanın revanşist siyasəti regionda sabitliyin davamlı olmasına, sülh və əmin-amanlığın yaranmasına əngəl törətməkdə davam edir.

Gülpəri Məmmədli

Azərbaycan Dövlət Pedaqoji Universiteti 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki