image-7ae40938-d08b-3447-8643-fa881cfb18ff_850backend

Ermənistanın yanğınsöndürənləri və minaaxtaranları aldadılıb

image-reklam_sirab_01

Ermənistanın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, xilasediciləri və minaaxtaranları paytaxtın bir sıra mühüm obyektlərinə mina qoyulması barədə naməlum telefon zəngləri ilə aldadılıb.

Veteninfo Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Zvartnots” beynəlxalq hava limanı və İrəvan meriyası ərazisində axtarış və yoxlama işləri başa çatıb, lakin həmin ərazilərdə hər hansı partlayıcı qurğular tapılmayıb.

Qeyd olunur ki, İrəvan Metropoliteninin binalarına baxış davam edir. Metronun işi dayanıb.

Xatırladaq ki, avqustun 2-də axşam saatlarında Fövqəladə Hallar Nazirliyinə İrəvan meriyasına, “Zvartnots” hava limanına, parlament binasına və bir sıra digər mühüm hərbi və mülki obyektlərə bomba qoyulması barədə məlumat daxil olub. Yanğınsöndürən və xilasedicilərdən ibarət döyüş briqadaları, o cümlədən minaaxtaran istehkamçılardan ibarət dəstə xəbərdarlıq siqnallarını yoxlamaq üçün ərazilərə gedib.

Qeyd edək ki, bu hallar son bir ayda artıq neçənci dəfədir baş verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki