image-indirbackend

Ermənistanın yenidən silahlanmaya can atması,erməni xalqı üçün heç də yaxşı gələcək vəd etmir. 

image-reklam_sirab_01

Ermənistanın İçtimai televiziyasına müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.Qeiqoryan bildirib ki, Ermənistan ordusu ən qıssa zamanda modernləşəcək.Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan vurğulayıb ki, Qarabağdakı 44 günlük müharibədən sonra Rusiya Ermənistana silah tədarük edib və verməkdə də davam edir: “Ötən ilin noyabr ayından etibarən arsenalımızın modernləşdirilməsi və yenilənməsi üçün silah aldıq. Bu proses qalıcıdır”.Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Ermənistan hökuməti ordunu tamamilə modernləşdirmək niyyətindədir.və bu vəzifənin ən qısa zamanda həll ediləcəklərinə əmindirlər..Qeyd edək ki, Azərbaycan prezidenti CNN Türk -ə müsahibəsində Ermənistanı sülh müqaviləsi imzalamaq istəməməkdə və revanşist hisslərdə ittiham etmişdi. Eyni zamanda o, Rusiya tərəfinin Ermənistana silah tədarükü ilə bağlı açıqlamalarını “məntiqsiz” adlandıraraq, Ermənistanın bu silahlanmadan qaza gəlib qisasçılıq,revanşist hərəkətlər baş qaldıracağı təqdirdə 44 günlük müharibə zamanı Ermənistana verilən dərsin təkrarlana biləcəyini də istisna etməmişdi.

Veteninfo.az-a Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlamasın şərh edən zaman millət vəkili Məşhur Məmmədov  bildirib ki,Ermənistanın yenidən silahlanmaya can atması,erməni xalqı üçün heç də yaxşı gələcək vəd etmir.“30 il müddətində Rusiya indi verdiyi silahlardan daha artıq silahı Ermənistana bağışlamışdı. Bu silahlar içərisində “İsgəndər” raketləri, ES-300,Toçka-U və.s. vardı.Bu gün o silahların əksəriyyəti Bakıda Hərbi Qənimətlər parkındadır. Əgər Ermənistanda son silahlanmadan sonra,yenidən revanşist abu-hava baş qaldırsa,qisasçılıq efariyasına qapılarlarsa,o zaman aldıqları yeni silahlar onların köməyinə gəlməyəcək”.Millət vəkili bildirib ki,bölgədə sülhün bərqarar olması,regional iqtisadi-siyasi münasibətlərin inkişafı,Ermənistanın sülh sazişini imzalamasındadır:“Bu müqavilə ilk növbədə Ermənistanın özünə lazımdır.Erməni cəmiyyəti sosial-iqtisadi bataqlığın içərisindədir.44 günlük müharibənin gətirmiş olduğu fəsadlar Ermənistanın batmaqda olan iqtisadiyyatına əlavə zərbədir.Bu baxımdan Paşinyan hakimiyyəti yəqin ki,ağıllı siyasət həyata keçirməlidir”.

Veteninfo.az

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki