Türkiyə gözəli Tara De Vries Mahsum Kırmızıgülün oğlu Mahmutla eşq yaşadığı iddialarına aydınlıq gətirib.
Veteninfo.az türk mediasına istinadən xəbər verir ki, Tara mövzu ilə bağlı açıqlama verərək məlumatları təkzib edib.
“Sağ olsunlar, bizi bir-birimizə yaraşdırıblar, amma sadəcə bir qrup dostumuzla konsertə getdik. Aramızda sevgi yoxdur. Biz sadəcə dostuq” deyə, Tara bildirib.
Qeyd edək ki, Tara geçdiyimiz günlərdə Hasan Tansudan, Mahmut isə keçmiş sevgilisi Mina Cerandan ayrılıb.