image-ab0f3ef2-5122-4453-88f4-cab1d127f451_850backend

Estoniya Duqinanın mümkün qatili ilə bağlı Rusiyadan sorğu almayıb

image-reklam_sirab_01

Estoniya Rusiya tərəfdən Federal Təhlükəsizlik Xidmətinin Darya Duqinanın mümkün qatili hesab etdiyi Vovk Natalya Pavlovnanın Rusiya-Estoniya sərhədini keçməsi ilə bağlı hər hansı rəsmi müraciət almayıb.

Bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Sərhəddən keçən insanların məlumatlarını yalnız qanunun tələb etdiyi hallarda açıqlaya bilərik. Bu məsələ ilə bağlı Rusiya hakimiyyətindən heç bir rəsmi məlumat və ya sorğu almamışıq”-deyə, bəyanatda vurğulanıb.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) jurnalist Darya Duqinanın ölümü ilə bağlı məlumat yayıb. Məlumata əsasən guya jurnalistin ölümü Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır.

O, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib və D.Duqinanın yaşadığı binada mənzil kirayələyib. Vovk qətli törədəndən sonra – 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki