image-photo-2022-07-21-16-25-19backend

Etibarlı tərəfdaş

image-reklam_sirab_01

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Avropa İttifaqı qlobal siyasət və Avrasiya bölgəsinin mühüm birliklərindən biridir. Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin, diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu qurum Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində böyük rol oynayır.
Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra da qurumla əlaqələr daha da inkişaf edib. Ötən il iyulun 8-də isə Avropa İttifaqının Qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycana səfərinin yekununa dair Avropa Komissiyasının rəsmi saytında bu fikirləri paylaşıb: “Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinə yeni təkan verilib”.
Qarabağ mövzusu ilə bağlı geniş fikir mübadiləsi aparıldığını qeyd edən komissar bildirib ki, Avropa İttifaqı olaraq müharibənin nəticələrini aradan qaldırmaq, bölgədə uzunmüddətli sülh naminə birgə çalışmaq üçün Qarabağ münaqişəsinin post-konflikt dövrü ilə bağlı plan və fikirlər barədə rəsmi Bakı ilə müzakirə aparılıb.
18 iyul tarixində Ursula von der Leyen ilə görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu imzalanıb. Tərəflər gələn il qaz nəqlinin həcmini 12 milyard kub metrə, növbəti illərdə isə 20 milyard kub metrə çatdırmağı hədəfləyiblər.
Hazırda Avropaya daşınan illik qaz həcmi 8 milyard kub metrdir. Memorandum Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen tərəfindən imzalanıb. Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı “qəddar müharibəsindən sonra” Rusiya ilə yolları ayırmaq və üzünü “daha etibarlı tərəfdaşlara” üz tutmağa qərar verib, deyə xanım von der Leyen bildirib və “Azərbaycanı onların arasında görməyə şadam” deyə əlavə edib.
O bildirib ki, bu onlara Rusiyadan azaltdıqları qaz idxalını kompensasiya etməyə imkan verəcək: “Anlaşma Memorandumunda göstərilən ikinci ən əsas məsələ bərpaedilən enerji ilə bağlıdır. Azərbaycanın bu sahədə inanılmaz imkanları mövcuddur. Sonuncu məsələ isə qaz nəqli zamanı iqlim amilinin nəzərə alınmasıdır”.
Ursula Von der Leyen hesab edir ki, Azərbaycan Avropanın “təchizat
təhlükəsizliyi və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş” olacaq.

Özləm Əliyeva
Bakı Musiqi Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki