image-5backend

Evinə xoş gəldin ,Füzuli!

image-reklam_sirab_01

Füzuli şəhəri  1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımış,həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir.1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin adı dəyişdirilərək Füzuli adlandırılan bu şəhər Bakıdan 310 km cənub-qərbdə yerləşir.

1993-cü il avqust ayının 23-də Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri də daxil olmaqla,58 kəndi işğal olunmuşdur. Füzuli rayonu tarixi-dini abidələrlə,xüsusən də türbələrlə zəngindir.Bu abidələr sırasına Şeyx Babi Yaqub türbəsini,Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini,Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni,XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini nümunə göstərmək olar.

Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı,Şükürbəyli,Horadiz,Əhmədalılar,Qazaxlar,Mizənağılı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar,minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur.Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri,cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə  Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir.Aparılan hərbi əməliyyatlarla Füzuli rayonunun Qaraxanbəyli,Qarvənd,Horadiz,Yuxarı Əbdürrəhmanlı kəndləri işğaldan azad edilmişdir.3 oktyabrda Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatı ilə Füzulinin  Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad edilir.9 oktyabr tarixində Füzuli rayonunun Yuxarı GüzləkGorazıllı kəndləri işğaldan tam azad edilir.14 oktyabr tarixində rəşadətli Azərbaycan Ordusu tərəfindən QaradağlıXatınbulaqQarakollu kəndləri işğaldan azad edilmişdir. 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüşlər başlayır.Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalır,bununla da Qoçəhmədli,Çimən,Musabəyli,Pirəhmədli,Dədəli,İşıqlı,Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan azad edilir.Füzulinin işğaldan azad olunması ilə Azərbaycan Ordusunun cəbhə boyu irəliləməsi üçün imkanlar yaranır.Füzuli uğrunda döyüşlər Vətən müharibəsində ən əhəmiyyətli döyüşlərdən biri idi.Həm ərazinin çətin relyefinə,həm də Ermənistan qüvvələri tərəfindən basdırılmış çox saylı mina maneələrinə baxmayaraq Ordumuz misilsiz döyüş nümayiş etdirmişdir.Azərbaycan xalqı bu günlərdə öz ordusuna dəstək nümayiş etdirmiş,bir an belə ruhdan düşməmişdir.Hər gün Azərbaycanın bütün bölgələrindən ön cəbhəyə ərzaq,geyim və digər əsgərlərin ehtiyacı ola biləcək ləvazimatlar göndərilirdi ki,bu da orduya böyük ruh yüksəkliyi verirdi.

Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 16-da işğaldan azad olunmuş Füzuli rayonuna ilk səfərlərini etdilər.Həmin gün,Prezident İlham Əliyev Füzuli şəhərində Azərbaycan Bayrağını qaldırdı,Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlini qoydu.İlham Əliyevin Füzuliyə 4 səfəri çərçivəsində eyni zamanda Füzuli hava limanının təməlini qoymuş və sürətli yenidənquruculuq işlərinə başlanılmışdır.Belə ki,hava limanının inşası barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuliyə səfərində belə demişdir:“Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək.Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi.Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq”.

Yenidən quruculuq işlərindən biri də Füzuliyə yol çəkilməsidir.Bu yol ilə,Şuşaya bütün növ nəqliyyat vasitələri ilə gediş-gəlişi təmin etmək üçün şərait yaradılacaq.Füzuli istiqamətində 6 zolaqlı yol çəkiləcək ki,bu yol da dağlıq relyeflə davam edəcək və çətin relyefli ərazidə zolaqların sayı 4-ə endiriləcək.

Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini uzun müddət verməkdən imtina etməsi və indiyədək bütün xəritələri təqdim etməməsi bu sahədə görülən işləri çətinləşdirən əsas səbəblərdən idi.Yalnız,Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən tank və piyada əleyhinə 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

İsmayılova Ayşən İbrahim qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki