ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Zeynəb Həsəni olub.
İfaçı, aparıcının “Səncə, Şəbnəm Qəhrəmanova dünyaya uşaq gətirməklə düz etdi?” sualını cavablandırıb:
“Bilmirəm nə düşüb, necə qərar verib. Şəbnəmi tanıyıramsa, o maddiyyatı düşünüb belə addım atmaz. O sevgiyə önəm verən xanımdır. Onun etdiyini mən etməzdim. Ancaq sevdiyim insan boşanmış olsa ola bilər. Amma evli birindən uşaq dünyaya gətirmərəm. Hələ ki, ağlımı itirməmişəm. O biri xanımın yerinə özümü qoyaram. Mən sevdiyim insanı bölüşə bilmirəmsə, o xanım necə bölüşsün? Niyə kiminsə ailəsini dağıdım? Əgər evli birini sevirsənsə, get kənardan sev. İstəyirsənsə, heç olmazsa münasibətini gizli yaşa”.