image-965298backend

“Əxlaqsızlıq geyimimizdə deyil, başınızdadır”

image-reklam_sirab_01

Müğənni Gülşənin müzakirələrə səbəb olan geyiminə həmkarlarından dəstək mesajları gəlməkdə davam edir.

Veteninfo.az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə Hadisə ona dəstək çıxaraq paltarını qınayanlara sərt mövqeyini bildirib:

“Bir səhnə geyimi üçün belə qəribə və hədsiz şərhlər edilirmi? Edilirmiş, gülməlidir… Bizi dayandırmağa heç birinizin gücü çatmaz. Əxlaqsızlıq geyimimizdə deyil, başınızdadır. Heç kim bir paltarı bəyənmək məcburiyyətində deyil. Çox seksual olduğunu, şişirdilmiş hesab edə bilərsiniz. Hər kəsin fikri var və hamımız sərbəst şəkildə öz şərhlərimizi bildirə bilərik. Amma heç kim bir qadına geyiminə görə belə sözlər deyə, analığı və yaşı ilə bağlı incidə və ya təzyiq edə bilməz.

Heç bir kişi sənətçinin geyiminə belə amansızlıqla münasibət bildirdiyinizi görə bilmərik. Hamımız bilirik ki, kişi sənətçilərin çoxu səhnəyə biz qadınlar kimi hazırlanmadan çıxır! Buradan mənim, Gülşənin və digər qadın həmkarlarımın səhnə geyimlərinə hədsiz şərh bildirənlərə deyəcək tək bir cümləm var. Sizə nə?”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image