image-80backend

Fərqanə Qasımova nişanlı qızından danışdı: “İstəmədim musiqi yolu ilə getsin” – VİDEO

image-reklam_sirab_01

“Allah hər evə, hər ailəyə o sevinci yaşamağı nəsib etsin. Lakin mən Alim müəllimin qızıyam. Biz ruhən dəbdəbəyə çox əhəmiyyət vermirik. Ona görə hər bir işimizi Allaha həvalə edirik. Toy-düyün, çal-çağır, demək olar ki, bu dünyanın rəngidir. Ona görə biz valideyn kimi onu arzulayırıq ki, övladlarımız xoşbəxt olsun”.

Vətəninfo.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl övladına nişan mərasimi edən Əməkdar artist Fərqanə Qasımova deyib. “Söhbət musiqidən gedir” verilişinə qonaq olan sənətçi qızı Fatimənin musiqiçi olmasını istəmədiyini bildirib:

 

“Qızım mənim məsuliyyətimdə olan bir vaxtda idi. Əlbəttə, mən istəmədim musiqi yolu ilə getsin”.

Qeyd edək ki, Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə nişanlanıb.

Ətraflı videoda:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image