image-28backend

Fəxrəddin Altun: “Qardaş Azərbaycanın şanlı qələbə qazanmasından şərəf duyuruq”

image-reklam_sirab_01

“Bir il öncə Ermənistan Azərbaycana qarşı etnik, mədəni, siyasi və iqtisadi baxımdan növbəti dəfə hücuma keçmişdi. Biz qardaş Azərbaycanın 44 gün ərzində qazandığı şanlı qələbənin əldə olunmasında oynadığı roldan şərəf və məmnunluq duyuruq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun İstanbulda keçirilən Türk Şurasının mediaforumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Türkiyə Vətən müharibəsi zamanı yalnız mənəvi-maddi varlığı ilə Azərbaycanın yanında olmayıb: “Biz müasir texnologiya ərzində Azərbaycana həm media dəstəyi, eyni zamanda dezinformasiyaların yayılmasının qarşısının alınması istiqamətində də yardımçı olmuşuq. “Qarabağ Azərbaycandır!”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki