image-img-20221108-wa0073backend

Fəxrəddin Altun: Türk dünyası olaraq birlik ruhu ilə Azərbaycanın davasının səsi olmağa davam edəcəyik

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Ankarada keçirilən “Qarabağ Zəfəri konfransı: Azadlığa qovuşan qədim vətən” adlı tədbirdə iştirak edib.
Qarabağ zəfərinin ildönümündə bir araya gəlməkdən və konfransa ev sahibliyi etməkdən böyük qürur duyduqlarını vurğulayan Altun, “Bu gün Qarabağ zəfərinin 2-ci ildönümünü şərəflə qeyd edirik. Qardaş Azərbaycanın erməni işğalı altında olan torpaqlarını azad etmək uğrunda apardığı qurtuluş mübarizəsi tarixə qızıl hərflərlə yazılmış mübarək qələbə ilə taclandı”, – dedi.
Türkiyənin ikinci Qarabağ müharibəsində Azərbaycanı tək qoymadığını, “Yaman gündə biz sənin yanındayıq” deyərək köməyə gəldiyini deyən Altun, Qarabağ zəfərinin Azərbaycan və Türkiyə başda olmaqla bütün türk dünyasının qardaşlıq nişanələri arasında yerini aldığını bildirib.
Qarabağ zəfərini qazandıran mücadilədə informasiya sahəsində də ciddi əməkdaşlığın aparıldığını qeyd edən Altun, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə anında əlaqə saxlaya biləcəkləri bir mexanizm qurulduğunu, Türkiyə və beynəlxalq medianın hadisələri yerindəcə izləyə bilməsinin təmin edildiyini və bu addımların ermənilərin müharibə ilə bağlı yalan və həqiqətə uyğun olmayan təhriflərinin ortaya çıxarılmasında mühüm funksiya daşıdığını deyib.
Altun, “Bu səylər nəticəsində erməni lobbisinin qara təbliğatına və dezinformasiyasına qarşı həqiqəti bütün dünyaya çatdırdıq. Beynəlxalq hüquqa məhəl qoymayan Ermənistanın işğalını, bu müddət ərzində törətdiyi təxribatı üzə çıxardıq. Bu müharibə. Azərbaycanın haqq işini, tezislərini xüsusilə beynəlxalq mediada yer almasını və dünya ictimaiyyətin gündəminə gəlməsini təmin etdik.
Azərbaycanın torpaqlarının təkrar qovuşmasını qeyd ettiyimiz bu gün də görürük ki, bəzi qruplar qələbəmizə kölgə salmaq cəhdlərini davam etdirirlər. Türk dünyasının gücünə və uğuruna dözə bilməyənlər Qarabağ zəfərini yeni dezinformasiyalarla sarsıtmağa, qarşısını almağa, kölgə salmağa, zərərsizləşdirməyə çalışırlar. Erməni lobbisi birbaşa təmasda olduğu Qərb mediasında möhtəkirlər vasitəsilə Azərbaycan ordusunu hərbi cinayətkar kimi göstərməyə çalışaraq, Azərbaycana qarşı qara təbliğat aparmağa davam edir.
Bu vəziyyət onu göstərir ki, Qarabağda qələbə qazansaq da, informasiya sahəsində işimiz hələ də yekunlaşmayıb. Bütün Türk dünyası olaraq birlik ruhu ilə Azərbaycan davasının səsi olmağa davam edəcəyik. Bu dezinformasiyalara, qarayaxma kampaniyalarına imkan verməyəcəyik. Azərbaycanın haqlı qələbəsinə kölgə düşürülməsinə imkan verməyəcəyik.”, – deyə bildirib.
Azərbaycanın qazandığı haqlı qələbəni beynəlxalq arenada qürurla illərcə qeyd etməsi üçün əllərindən gələni edəcəklərini, bu qələbəni mediada, kinoda, həyatın bütün sahələrində yaşadacaqlarını bildirən Altun Qarabağ zəfəri, Azərbaycan və türk dünyası ölkələrinə qarşı dezinformasiya və təbliğat əməliyyatlarının birlikdə boşa çıxarılacağını vurğulayıb.
Qarabağın Azərbaycanın doğma torpağı, ana yurdu olduğunu söyləyən Altun “Azərbaycanın öz torpaqlarını azad etmək uğrunda apardığı şanlı mübarizə tarixdə öz yerini tutdu. Qarabağ zəfəri türklüyə bir daha böyük şöhrət qatdı. Azerbaycan övladlarının namus və vətən uğrunda qan tökdükləri torpaq, onlara analarının südü kimi halaldır. Qarabağ azad edildi və bir daha əsarət altında olmayacaq. Çox açıq şəkildə demək istəyirəm ki, xarıbülbülün ahı dinmiş və yarpaqların töküldüyü mövsüm həmişəlik başa çatmışdır” deyib.
Türkiyənin də yerləşdiyi coğrafiya və tarixin hər zaman daha diqqətli və təchizatlı olmağı tələb etdiyini vurğulayan Altun “Yaşadığımız hər bir proses bir olmağın, iri olmağın, diri olmağın, qardaşlığımızı qorumağın nə qədər vacib olduğunu təkrar-təkrar göstərir.
Möhtərəm Prezidentimizin təbirincə desək, “Azərbaycan Qarabağda qəhrəmanlıq dastanından sonra indi inkişaf dastanı yazır”. Bu inkişaf addımları ilə Azərbaycan həm də bütün regionun firavan gələcəyini qurur. Türkiyə və Azərbaycan olaraq son hədəfimizin sülh və sabitlik olduğunu atdığımız addımlarla nümayiş etdirdik və bu yanaşmamızı davam etdiririk. Onu da bildirmək istəyirəm ki, Ermənistan’ın bu prosesdə Azərbaycanın qələbəsini qəbul edərək məqbul bir yanaşma nümayiş etdirməsi onun yararınadır. Ümid edirik ki, o, düzgün mövqeyi mənimsəyəcək və bu düzgün mövqeyə uyğun hərəkət edəcək. Bölgəmizdə sülh və sabitliyin bərqərar olması üçün Ermənistan da bu fürsətdən istifadə etməlidir.
Türkiyə olaraq bu günə qədər etdiyimiz kimi bundan sonra da hər sahədə can Azərbaycanın və azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Böyük bir həyəcanla hazırlaşdığımız Türkiyə Əsrində də başda Azərbaycan olmaqla türk dünyası ilə çiyin-çiyinə olmağa davam edəcəyik.” deyə bildirdi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki