image-801be1d4-c21d-371a-9c2f-d7889deeadfb_850backend

Feysbukun tarixində ilk dəfə gəlir azalıb

image-reklam_sirab_01

Feysbukun tarixində ilk dəfə gəlirində azalma qeydə alıb.

Bu barədə “RBK-Ukraina” “The Verge” nəşrinə istinadən məlumat yayıb.

Feysbuk nümayəndələri ilin ikinci rübündə gəlirin 1 % azaldığını qeydə alıblar. Tarixi ilkdən sonra şirkətin gəlirləri 28,8 milyard ABŞ dollarına düşüb. Analitiklər gəlirin üçüncü rübdə daha da azala biləcəyini qeyd edirlər.

Analitiklər bunu qlobal iqtisadi yavaşlama ilə əlaqələndirirlər. Belə ki, iqtisadi yavaşlama faktiki olaraq reklamçıları xərcləri azaltmağa məcbur edib. Həmçinin feysbukda reklam sektorunun inkişafının effektivliyinə “Apple”ın təqdim etdiyi yeni funksiya da təsir edə bilər. Bu funksiya sayəsində “iPhone” istifadəçiləri feysbuk kimi proqramlara məlumatlarını izləmək qadağası qoya bilər. Yenilik 2021-ci ildə tətbiq edilib və “Meta” şirkətinə 10 milyard ABŞ dollarına başa gəlib.

“Meta”nın ümumi mənfəəti 36 % azalaraq 6,7 milyard ABŞ dolları olub. Bununla belə, şirkət feysbuk, messencer, instaqram və vatsapda aktiv istifadəçilərin sayının hər gün artdığını qeyd edib. Hər gün bu sosial şəbəkələrdən dünyada 2,88 milyard insan istifadə edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki