image-28backend

FHN hadisə yerinə operativ çatmaq üçün motosikletlər alıb

image-reklam_sirab_01

“Magistral yollarda tıxaclar çoxdur. Ona görə də hadisə yerinə tez çatmaq üçün motosikletlər almışıq”.

Vətəninfo.az-ın xəbərinə görə, bu fikirləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, FHN-in sularda xilasetmə ilə bağlı da xidməti var: “Ölkəmizdə obyektiv və subyektiv səbəblərdən qanunsuz tikililər var. Bununla bağlı müvafiq qurumlara işlər aparılır”.

Nazir bildirib ki, texniki və təbii fəlakətlərdən heç kim sığortalanmayıb: “Biz çalışırıq ki, işimizi, peşəkarlığımızı daha da artıraq. Bu məsələ bizim qarşımızda duran məsələlərdən biridir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki