image-cc7e8f5d-9383-4c1e-8788-2043ced32903_850backend

“Fitch” qlobal metal qiymətləri ilə bağlı proqnozları aşağı salıb

image-reklam_sirab_01

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi iqtisadi artım gözləntilərinin dəyişməsi, tələb və təklifin dinamikası ilə əlaqədar metalların dünya qiymətləri ilə bağlı proqnozlarını aşağı salıb.

bu barədə agentliyin hesabatında bildirilib.

Xüsusilə, London Metal Birjasında (LME) mis qiymətləri 2022-ci ildə bir ton üçün 8,7 min dollar (əvvəllər – 9,5 min dollar), 2023-cü ildə 8 min dollar (8,5 min dollar) səviyyəsində proqnozlaşdırılır.

2024-2025-ci illər üçün “Fitch” metalın qiymət proqnozunu bir ton üçün 7,5 min dollar səviyyəsində saxlayıb. Agentlik misin qiyməti üzrə proqnozun aşağı salınmasını qlobal iqtisadi artımın yavaşlaması və təklif perspektivləri ilə müqayisədə qısa müddətdə zəif tələbin gözlənilməsi ilə əlaqələndirib ki, bu da 2023-cü ildə kiçik profisitə səbəb ola bilər.

Agentliyin proqnozlarına görə, alüminiumun qiyməti 2022-ci ildə bir ton üçün 2,7 min dollara (əvvəllər – bir ton üçün 2,95 min dollar), 2023-cü ildə bir ton üçün 2,5 min dollara (2,6 min dollar) düşəcək. Agentlik həmçinin 2024-2025-ci illər üçün proqnozu müvafiq olaraq 2,5 min dollar və 2 min dollar səviyyəsində saxlayıb.

Agentlik bildirib ki, Çin tikinti bazarının zəifliyi ilə əlaqədar alüminiuma tələbatın azalması qısa müddətdə qiymətlərə təsir göstərəcək. Bununla belə, enerji qiymətlərinin artması bir çox bazarlarda istehsalın gəlirsiz olmasına səbəb ola bilər ki, bu da qiymətlərin daha da aşağı düşməsinə mane ola bilər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki