image-cc7e8f5d-9383-4c1e-8788-2043ced32903_850backend

“Fitch” Ukraynanın reytinqini yüksəldib

image-reklam_sirab_01

“Fitch” beynəlxalq reytinq agentliyi Ukraynanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini “RD”dən “CC”-yə yüksəldib.

Bu barədə agentliyin rəsmi saytı xəbər verir.

Kredit reytinqinin yüksəldilməsi Ukraynanın avrobond sahiblərinin xarici borcun restrukturizasiyasına razılıq verməsi ilə bağlıdır.

Agentliyin analitiklərinin fikrincə, bu, problemli borcların mübadiləsinin tamamlanmasını və məhdud defoltun aradan qaldırılmasını göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki