image-interpress_0bfb16d9709c2707ece2bc98dc829f92_pqacrvnbjgoft70iw4l5-640x336backend

Fiziki məhdudiyyətli uşaqlarla açıq havada növbəti məşqlər keçirilib

image-reklam_sirab_01

Fiziki məhdudiyyətli, autizm, daun, serebral iflic və bu kimi digər sindromlu uşaqlarla açıq havada növbəti məşqlər keçirilib.

Veteninfo.az xəbər verir ki, məşqlər AF&FA idman kompleksinin kollektivi tərəfindən reallaşdırılıb.

Belə uşaqlarla işləməkdə məqsəd təkcə onların fiziki qabiliyyətlərini artırmaq deyil, həm də uşaqları ictimailəşdirmək və normal sağlam cəmiyyətə inteqrasiya etməkdir.

Məlumdur ki, belə uşaqların və onların valideynlərinin normal cəmiyyətlə ünsiyyəti məhduddur. Belə uşaqların ictimai yerlərdə görünməsi ətrafdakılarda müxtəlif növ hisslərin, fikirlərin yaranmasına səbəb olur, insanların ağlına gələn ilk fikir zavallı, möhtac, qüsurlu, ayıb və s.olur.

Bəzi insanlar arxadan belə uşaqlar haqqında xoşagəlməz, ürəkağrıdıcı ifadələr söyləyəcəklər deyə, bu uşaqların valideynləri “fərqli” övladlarını cəmiyyətdən təcrid etməyə çalışırlar.

AF&FA idman kompleksinin kollektivi cəmiyyətin təfəkkürünü dəyişmək məqsədi ilə belə uşaqlarla işləyir, idman zallarında, eləcə də ictimai yerlərdə sosial məşqlər təşkil edir.

Müəyyən diaqnozu olan uşaqların bulvar, restoran, kafe, uşaq əyləncə mərkəzləri kimi ictimai yerlərə gəlməsi onların öz yaşıdları ilə ünsiyyət qurmasına , ətraf mühiti öyrənməsinə şərait yaradılır.

“AF&FA idman klubu”nun rəhbəri Şəfa xanımın sözlərinə görə, layihə yenicə fəaliyyətə başlayıb, lakin ilk uğurlu nəticələr artıq görünür: “Cəmiyyətin bizi anlamasına və mənəvi dəstəyinə ümid edirik. Bu uşaqlar da bizim kimidirlər və onların da doğulduqları cəmiyyətdə olmaq və xoşbəxt yaşamaq hüququ var. Biz bu uşaqları dəyişməyə çalışmırıq, sadəcə, onların bu gününə və sabahına sevinc və xoşbəxtlik qatmaq istəyirik. Həmçinin uşaqlardan bəziləri cheerliding yarışlarına hazırlaşır. Azərbaycan Çerlidinq Federasiyası bu layihəni dəstəkləyir və AFFA komandasının Paraçerliderinə uğurlar arzulayır. Layihə sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənişsizdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki