image-4b0e1d8d-9dde-349e-884d-9cadb76ff067_850-1backend

Fransa Aİ-nin strateji müstəqilliyinin gücləndirilməsini zəruri hesab edir

image-reklam_sirab_01

Fransa Avropa İttifaqının (Aİ) siyasət və iqtisadiyyatın əsas sahələrində strateji müstəqilliyinin gücləndirilməsini zəruri hesab edir.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Fransanın Aİ-də sədrliyinin altı aylıq yekunlarına görə dərc olunmuş memorandumda deyilir.

“Avropa İttifaqı kritik xammal, yarımkeçiricilər, səhiyyə və qida sahələrində strateji müstəqilliyini gücləndirməlidir. Birliyin dünyada yerini möhkəmləndirəcək bu yeni siyasi istiqaməti yaxın illərdə Avropanın səylərinin mərkəzində olacaq”, – sənəddə deyilir.

Memorandumda xüsusilə qeyd olunur ki, Avropa İttifaqı ölkələri qazın birgə alınması mexanizminin yaradılması üzərində işləyəcək və bu, enerji sektorunda icmanın müstəqilliyini gücləndirəcək.

Sənəddə qeyd olunur ki, Fransanın sədrlik etdiyi altı ay ərzində ümumilikdə 130 qanunvericilik sənədi hazırlanıb və qəbul edilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki