image-b3cd28fb-a372-339a-883b-3960ed9e98e9_850backend

Fransa Super Kubokunun sahibi müəyyənləşib

image-reklam_sirab_01

İsrailin paytaxtı Təl-Əvivdəki “Blümfild” stadionunda PSJ və “Nant” komandaları arasında Fransa Super Kuboku uğrunda oyun keçirilib.

Matç Paris klubunun böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0. Hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. 45+5-ci dəqiqədə Neymar fərqi artırıb.

57-ci dəqiqədə Serxio Ramos PSJ-nin üçüncü qolunu vurub. Son nöqtəni isə 82-ci dəqiqədə Neymar dəqiq penalti zərbəsi ilə qoyub.

Qeyd edək ki, mövsümlərarası fasiləsində PSJ-də baş məşqçi dəyişikliyi gerçəkləşib. Komandanı tərk edən argentinalı Maurisio Poçettinonu fransalı Kristof Qaltye əvəzləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki