image-79739881-5395-3d69-aaf9-25b23ec4751f_850backend

Fransa Zaporojye AES-in ətrafındakı ərazinin hərbsizləşdirilməsinə çağırıb

image-reklam_sirab_01

Fransa Zaporojye AES-in ətrafındakı ərazinin hərbsizləşdirilməsinin tərəfdarıdır.

Bu barədə Fransanın energetika naziri Aqnes Panye-Ryunaşe RTL radiostansiyasının efirində bildirib.

“Biz Zaporojye AES ərazisinin hərbsizləşdirilməsini qətiyyətlə tələb edirik. Bu, kollektiv şəkildə həll edilməli olan mühüm məsələdir”, – Panyer-Ryunaşe bildirib.

O qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron sentyabrın 10-da ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Parisin mövqeyini açıqlayıb.

Xatırladaq ki, sentyabrın 11-nə keçən gecə Kiyev vaxtı ilə saat 03:41-də Zaparojye Atom Elektrik Stansiyasının (AES) sonuncu – altıncı bloku da dayandırılıb. Hazırda AES-in soyudulması prosesinə hazırlıq görülür. Zaparojye AES-in Ukrayna elektrik şəbəkəsi ilə bütün bağlantılarının bölgədəki döyüşlər səbəbindən zərər gördüyü qeyd edilir.

Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Enerqodarda yerləşən AES hazırda Rusiya qoşunlarının nəzarəti altındadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki